İsmayıllı və Qəbələdə “Dəmyə taxılçılıqda məhsuldarlığın artırılması yolları” mövzusunda təlim keçirilib
2026-02-11 10:23:19
Aqrar Xidmətlər Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında mövcud əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir həyata keçirilib. Bu çərçivədə Aqrar Təlim Mərkəzi tərəfindən İsmayıllı və Qəbələ rayonlarında “Dəmyə taxılçılıqda məhsuldarlığın artırılması yolları” mövzusunda təlimlər təşkil olunub. Sessiyalar peşəkar ekspert Rasim Zamanov tərəfindən aparılıb. Tədbirdə fermerlərlə yanaşı, bu sahə üzrə mütəxəssislər və tələbələr də iştirak ediblər.
Keçirilən təlimlərin əsas məqsədi fermerlərin dəmyə şəraitində taxıl istehsalı sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək olmaq, eyni zamanda düzgün aqrotexniki yanaşmalar vasitəsilə məhsuldarlığın yüksəldilməsinə töhfə vermək olub.
Təlim proqramı çərçivəsində dəmyə şəraitində tətbiq olunan müasir aqrotexniki tədbirlər, torpaqdan səmərəli istifadə üsulları, torpaq analizinin əhəmiyyəti, məhsuldarlığa təsir edən əsas amillər, həmçinin istehsal prosesində qarşıya çıxa biləcək risklərin azaldılması yolları barədə iştirakçılara ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Tədbir çərçivəsində fermerlərə Aqrar Siğorta Fondunun əməkdaşları tərəfindən buğda və arpa sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi ilə bağlı məlumat verilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda mütəmadi olaraq keçirilən bu cür təlimlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, qabaqcıl təcrübələrin yayılmasına və kənd təsərrüfatında dayanıqlı istehsalın təmin olunmasına xidmət edir. Bu təşəbbüslər, eyni zamanda, aqrar sahədə səmərəliliyin yüksəldilməsinə və fermerlərin gəlirlərinin artmasına mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır