Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlimlərə start verilib
2026-02-17 16:48:00
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəli təşkili məqsədilə ardıcıl təlim proqramları həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin bu istiqamətdə təşkil etdiyi növbəti təlimlər Ağdərə rayonunun Həsənriz kəndində baş tutub. Təlimin ilk günündə sakinlər üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadə qaydaları, meyvə bağlarının salınması, texnikalardan səmərəli istifadə barədə maarifləndirici sessiyalar keçirilib.
Tədbir zamanı fermerlərə EKTİS vasitəsilə müraciətlərin elektron qaydada aparılması və sistemdən effektiv istifadə imkanları barədə ətraflı məlumat verilib. Həmçinin müasir meyvəçiliyin əsas prinsipləri, məhsuldarlığın artırılması yolları, kənd təsərrüfatı texnikalarından düzgün və qənaətli istifadə üsulları izah edilib.
Təlim interaktiv formatda təşkil olunub, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər Aqrar Təlim Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”nın 3.6-cı bəndinə uyğun olaraq təşkil edilir. Bugünədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu, eləcə də Laçın rayonunun Zabux kəndlərində yaşayan sakinlər üçün belə nəzəri və praktiki təlimlər keçirilib. Hər bir rayonun kənd təsərrüfatı üzrə ixtisaslaşdığı sahələr nəzərə alınmaqla təşkil olunan təlimlər yerli əhalinin aqrar sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır