Aqrar Təlim Mərkəzi tərəfindən “Müasir suvarma sistemləri” mövzusunda təlim keçirilib
2026-02-17 17:07:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Müasir suvarma sistemləri” mövzusunda təlim təşkil olunub. Onlayn formatda keçirilən təlim Gəncə Regional Təlim Mərkəzinin əməkdaşı Nuray Bağırzadə tərəfindən aparılıb.
Tədbirin əsas məqsədi fermerlər və aqrar sahədə fəaliyyət göstərən şəxslər arasında bilik və bacarıqların artırılması, kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, eləcə də dayanıqlı və səmərəli istehsalın təşviq edilməsidir.
Təlim çərçivəsində iştirakçılara müasir suvarma sistemləri və texnologiyaları, suya qənaət etməklə məhsuldarlığın artırılması yolları, suvarmada səmərəliliyin yüksəldilməsi, eləcə də düzgün idarəetmə bacarıqları barədə ətraflı məlumat verilib. Bildirilib ki, damcı suvarma, yağmurlama və avtomatlaşdırılmış idarəetmə sistemləri su ehtiyatlarından daha səmərəli istifadə etməyə, torpağın münbitliyini qorumağa və məhsul itkilərini minimuma endirməyə imkan yaradır.
Həmçinin qeyd olunub ki, iqlim dəyişiklikləri fonunda su resurslarından qənaətli istifadə aqrar sahədə prioritet istiqamətlərdən biridir. Müasir suvarma texnologiyalarının tətbiqi həm su sərfiyyatını azaldır, həm də bitkilərin vegetasiya dövründə optimal su təminatını təşkil etməklə məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, rəqəmsal nəzarət və planlama mexanizmləri fermerlərə suvarma prosesini daha dəqiq tənzimləməyə şərait yaradır.
Aqrar Təlim Mərkəzi tərəfindən bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsi aqrar sahədə bilik və bacarıqların artırılmasına, resurslardan səmərəli istifadəyə və ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır