Lənkəranda aqrar sahədə çalışmağın üstünlükləri mövzusunda görüş keçirilib
2026-02-18 15:36:36
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində şagirdlərlə aqrar sahədə çalışmağın üstünlükləri mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərə aqrar təhsilin əhəmiyyəti, kənd təsərrüfatı sahəsində peşəkar kadr hazırlığının rolu, eləcə də bu istiqamətdə mövcud ixtisasların perspektivləri barədə ətraflı məlumat vermək olub.
Görüş çərçivəsində baytarlıq, aqronomluq və digər aqrar ixtisasların perspektivləri barədə təqdimat keçirilib. Qeyd olunub ki, aqrar təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmır, eyni zamanda praktiki bacarıqların inkişafını, innovativ texnologiyaların tətbiqini və elmi yanaşmanın gücləndirilməsini əhatə edir. Müasir kənd təsərrüfatında rəqəmsal həllər, ağıllı suvarma sistemləri, dron texnologiyaları və biotexnoloji yeniliklər geniş tətbiq olunur ki, bu da sahəyə marağı artırır və ixtisaslı kadrlara tələbatı daha da yüksəldir.
Tədbir zamanı şagirdlərlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb, aqrar ixtisaslar üzrə təhsil imkanları və gələcək karyera perspektivləri barədə ətraflı tövsiyələr verilib. Məktəblilərin aqrar sahəyə xüsusi maraq göstərməsi və fəal iştirakı görüşün səmərəliliyini artırıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu cür maarifləndirici tədbirlərin mütəmadi təşkili şagirdlərin aqrar sahə barədə dolğun məlumat əldə etməsinə, gələcək peşə seçimində kənd təsərrüfatı ixtisaslarına daha böyük maraq göstərməsinə və ölkənin aqrar potensialının gücləndirilməsinə mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır