Qax rayonunda kənd təsərrüfatı texnikaları növbəti texniki baxışa cəlb olunub.
2026-02-23 11:57:43
Respublika ərazisində nasaz texnikaların aşkarlanması və texniki baxışdan yayınan texnikaların texniki baxışa cəlb olunması məqsədilə texniki nəzarət üzrə mütəxəssislər tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu çərçivədə Qax rayonunun Qazmalar kəndində kənd təsərrüfatı texnikaları və avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması məqsədilə növbəti texniki baxış və maarifləndirmə tədbirləri təşkil edilib.
Tədbirin əsas məqsədi kənd təsərrüfatı texnikalarının təhlükəsiz və düzgün istismarının təmin edilməsi, texniki sazlıq vəziyyətinin qiymətləndirilməsi, həmçinin mexanizatorların texniki təhlükəsizlik qaydaları və istismar tələbləri barədə biliklərinin artırılması olub.
Baxış zamanı texniki tələblərə cavab verməyən 1 ədəd texnika üzrə inzibati protokol tərtib edilib, digər 13 ədəd texnika yerində texniki baxışdan keçirilib, 3 ədəd texnikada isə müəyyən nöqsanlar aşkarlanmışdır.
Tədbir çərçivəsində mexanizatorlarla mövcud qanunvericilik tələbləri, aşkar edilmiş nöqsanlar, onların aradan qaldırılması yolları və profilaktik tədbirlər barədə ətraflı maarifləndirici söhbətlər aparılıb, texniki təhlükəsizlik və utilizasiya qaydaları izah edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən istismarda olan mexaniki nəqliyyat vasitələri ildə ən azı bir dəfə məcburi texniki baxışdan keçirilməlidir. Texniki baxışın vaxtında keçirilməməsi isə İnzibati Xətalar Məcəlləsinin 340-cı maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas prinsipi – “Yol hərəkətində iştirak edən insanların həyat və sağlamlığının, iqtisadi fəaliyyətin nəticələrindən üstün tutulması” müddəasıdır.
Texniki cəhətdən saz texnikalardan istifadə edilməsi həm şəxsi təhlükəsizliyin, həm də ətraf mühitdə olan insanların həyat və sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Gəlin birlikdə məsuliyyətli yanaşma nümayiş etdirərək, texniki cəhətdən saz texnikalardan istifadə etməklə həm öz həyatımızı, həm də ətrafımızdakı insanların təhlükəsizliyini qoruyaq!
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır