Göygöldə maarifləndirici tədbir keçirilib
2026-02-25 17:27:41
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbirin əsas məqsədi yerli qurumlar arasında koordinasiyanı gücləndirmək və qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək və zərərvericinin yayılma arealını minimuma endirməkdir.
İcra başçısı Vüqar Novruzov tədbiri giriş sözü ilə açaraq bildirib ki, kənd təsərrüfatının inkişafı və fermerlərin rifahının yüksəldilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sahəyə dövlət dəstəyi ildən-ilə gücləndirilir, fitosanitar təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.
Qeyd olunub ki, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə bağlarına ciddi ziyan vurur və məhsuldarlığın azalmasına səbəb olur. Bu baxımdan zərərvericiyə qarşı mübarizənin vaxtında və koordinasiyalı aparılması mühüm əhəmiyyət kəsb edir. Mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyinin yerli qurumları ilə birgə həyata keçirilir, yaşayış məntəqələrində monitorinqlər aparılır, aşkar olunan ocaqlarda mexaniki və kimyəvi mübarizə tədbirləri görülür.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tədbirin əhəmiyyətindən danışaraq görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. O bildirib ki, qəhvəyi mərmər bağacığının yayıldığı bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.
AXA sədri vurğulayıb ki, yaz mövsümünün yaxınlaşması ilə əlaqədar yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlər intensivləşdirilməli, mexaniki mübarizə tədbirləri vaxtında icra olunmalıdır. Eyni zamanda, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və mobil qrupların fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir.
AXA-nın sədr müavini Cəfər Məhərrəmov qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri barədə məlumat verərək bildirib ki, hazırkı dövrdə (fevral ayı) zərərverici qışlama mərhələsindən çıxmağa hazırlaşır. O qeyd edib ki, qəhvəyi mərmər bağacığı qışı çardaqlarda, anbarlarda, boş tikililərdə və ağac qabıqlarının altında keçirir. Bu baxımdan həmin sığınacaqların vaxtında təmizlənməsi, həşəratların toplanaraq məhv edilməsi (mexaniki üsul) ilə bağlı tədbirlərin gücləndirilməsi tövsiyə olunur.
Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır