“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekun hesabat tədbiri keçirilib
2026-02-27 11:39:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi və “AzerGold” QSC-nin təşəbbüsü ilə həyata keçirilən “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekunlarına dair görüş keçirilib. Tədbirdə qurum rəhbərləri, rayon icra hakimiyyətləri, yerli icma nümayəndələri və fermerlər iştirak edib.
“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev, AXA-nın sədri Sərdar Hacıyev, müvafiq olaraq Daşkəsən və Göygöl rayon icra hakimiyyətlərinin başçıları Orxan Abbasov və Vüqar Novruzov çıxış edərək layihənin əhəmiyyətini barədə danışıb, əsas nəticələri təqdim ediblər.
Qeyd edilib ki, heyvan, bitki, torpaq və su nümunələri üzrə aparılan geniş laborator analizlərin elmi təhlillərinə əsasən QSC-nin hasilat və istehsalat fəaliyyətinin təbiətə, torpağa və məhsuldarlığa hər hansı mənfi təsiri qeydə alınmayıb. Aqrokimyəvi analizlər nəticəsində ərazidəki su mənbələrinin suvarma üçün tam yararlı olduğu müəyyən edilib. Heyvan sağlamlığı üzrə aparılan müayinələrdə xüsusi təhlükəli xəstəlik aşkarlanmayıb.
Bitki mühafizəsi istiqamətində 213 fermer təsərrüfatında monitorinqlər aparılıb, zərərvericilər müəyyən edilərək fermerlərə fərdi tövsiyələr verilib. Həmçinin təşkil olunan 37 təlim vasitəsilə iştirakçılar aqrar sahədə bilik və bacarıqlarını artırıblar.
Xatırladaq ki, icrasına ötən il başlanılmış lahiyə Daşkəsən rayonunun Şadax yaşayış məntəqəsini, Bayan, Quşçu, Çovdar və Çaykənd, Göygöl rayonunun isə Tüllallar və Zurnabad kəndlərini əhatə edib. Layihənin məqsədi heyvandarlıq və bitkiçilikdə məhsuldarlığı artırmaq, aqrar fəaliyyətin ekoloji tələblərə uyğun təşkili və yerli təsərrüfatlara elmi əsaslı dəstək göstərməkdir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır