Ağstafada qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə mövzusunda tədbir keçirilib
2026-02-27 15:02:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Qocayev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinin rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbirin əsas məqsədi yerli qurumlar arasında koordinasiyanı gücləndirmək və qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək və yayılma arealını minimuma endirməkdir.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Qocayev açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışaraq qəhvəyi mərmər bağacığına qarşı mübarizə işinin təşkilində rayonda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının aktiv iştirakının vacibliyini diqqətə catdırıb. O bildirib ki, mübarizə işlərinin sürətləndirilməsi məqsədilə kənd sakinləri, eləcə də bələdiyyələr daha aktiv iştirak etməli, təbligat-təşviqat işləri gücləndirilməlidir. Həmçinin könüllü qruplar “Tap məhv et” kampaniyasına cəlb edilməklə davamlı məlumatlandırma işləri aparılmalıdır.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, yaz mövsümünün yaxınlaşması ilə əlaqədar yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlər intensivləşdirilməli, mexaniki mübarizə tədbirləri vaxtında icra olunmalıdır. Eyni zamanda, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və mobil qrupların fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir. Əhalinin maarifləndirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən kəndlərdə əhali ilə görüşlər keçirilir, maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə yayımlanır. Bu tədbirlər mütəmadi olaraq davam etdirilir.
Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.
Tədbirlər davam edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır