Salyanda kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi və mövsümi mühafizəsi ilə bağlı təlim keçirilib
2026-11-04 09:30:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunun Dayı kəndində “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi və mövsümə uyğun saxlanılmasının təşkili” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi kənd təsərrüfatı texnikalarının texniki cəhətdən saz vəziyyətdə saxlanılması, istismar müddətinin uzadılması, mövsümi işlərə hazırlığının təmin edilməsi və onlardan daha səmərəli istifadənin təşviq olunması, eyni zamanda fermerlərin bu istiqamətdə bilik və praktiki bacarıqlarının artırılması olub.
Tədbir çərçivəsində iştirakçılara kənd təsərrüfatı texnikalarına mütəmadi texniki xidmətin göstərilməsi, cari təmir işlərinin vaxtında aparılması və mövsüm başa çatdıqdan sonra texnikaların düzgün mühafizəsi ilə bağlı məlumat və praktiki tövsiyələr verilib. Bu məqsədlə texnikaların çardaq və digər örtülü məkanlarda saxlanılması, hava şəraitinin təsirlərindən qorunması, zərurət olduqda izolyasiya materialları ilə örtülməsi, təkərlərin ağardılması və qorunması qaydaları izah olunub. Bildirilib ki, texnikaların düzgün saxlanılması onların istismar müddətini uzatmaqla yanaşı, texniki nasazlıqların və əlavə təmir xərclərinin qarşısını almağa imkan verir.
Təlimin praktiki hissəsində pambıq yığımı prosesi də nümayiş etdirilib. İştirakçılar pambığın əkin sahəsindən yığılaraq qoşqulara boşaldılması, məhsulun çəkisinin müəyyən edilməsi və traktorun kabinəsində quraşdırılmış xüsusi aparat vasitəsilə ümumi məhsul çəkisinin təyin olunması prosesi ilə tanış olublar. Bu zaman müasir texniki avadanlıqların məhsul yığımında işin operativliyinin artırılması, məhsulun dəqiq uçotunun aparılması və əmək sərfinin azaldılmasındakı rolu izah edilib.
Aqrar Təlim Mərkəzi tərəfindən bu kimi maarifləndirici təlimlərin keçirilməsi fermerlərin bilik və praktiki bacarıqlarının artırılması, kənd təsərrüfatı texnikalarından düzgün istifadə mədəniyyətinin formalaşdırılması, texniki nasazlıqların minimuma endirilməsi və aqrar sahədə istehsal prosesinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır