Beynəlxalq əməkdaşlıq

  1. Aqrar Xidmətlər Agentliyinin nəznində Toxum və Aqro–Kimyəvi Laboratoriyaların və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi

İcraçı təşkilat: FAO

Məqsədi: Effektiv idarəetmə və nəzarət sisteminin işlənib hazırlanması, texniki potensialın yaradılması, zəruri avadanlıqların təmin edilməsi, yeni və müasir metodologiyaların/metodların qəbulu, beynəlxalq sertifikasiya və bu xidmətlərin onlayn platforma vasitəsilə Aqrar Xidmətlər Agentliyi nəzdində işləyən bütün yuxarıda qeyd olunan laboratoriyaların fəaliyyətlərinin dəstəklənməsi və təkmilləşdirilməsi

İcra müddəti: 2021 - 2024

Cari status:    icrası başlanğıc fazadadır

 

  1. Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək

İcraçı təşkilat: FAO

Məqsədi: Agentliyin və tabeliyindəki qurumların kadrlarının  bilik və bacarıqlarının artırılması, insan kapitalının və qanunvericilik bazasının təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi

İcra müddəti:  2021 - 2023

Cari status:    icrası başlanğıc fazadadır

 

  1. Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi 

İcraçı təşkilat:FAO

Məqsədi: Kənd təsərrüfatı sektorundakı mövcud və gələcək problemlərə daha yaxşı cavab verə bilən və nəticədə kənd həyatını yaxşılaşdıran dayanıqlı bir kənd təsərrüfatı məsləhət xidməti təmin etmək üçün strategiyanın hazırlanması və səmərəli əməkdaşlıq etməkdə Hökumətin səylərinin dəstəklənməsi

İcra müddəti: 2019 - 2022

Cari status:    icrası davam edir

 

  1. Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi”

İcraçı təşkilat:FAO

Məqsədi: İstifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş ərazilərdən DÜÇ-lərin ətraf mühitə sızmasının azaldılması və pestisidlərlə düzgün mübarizə aparmaq üçün potensialın gücləndirilməsi

İcra müddəti: 2019 - 2022

Cari status:    icrası davam edir

 

  1. Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi

İcraçı təşkilat: UNDP

Məqsədi: Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz məhsullarının müasir və rəqabətqabiliyyətli dəyər zəncirlərinin inkişaf etdirilməsi

İcra müddəti: 2021 - 2024

Cari status:    icrası başlanğıc fazadadır

 

  1. EU4Lankaran proqramının icrasına texniki yardım

İcraçı təşkilat: 

Məqsədi: Lənkəran iqtisadi rayonunun meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətini və əlavə dəyərini artırmaq üçün COVID-19 pandemiyasının mənfi iqtisadi nəticələrini də aradan qaldırmaq

İcra müddəti: 2021 - 2024

Cari status:    icrası başlanğıc fazadadır

 

  1. Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması

İcraçı təşkilat: FAO

Məqsədi: Azərbaycan üçün milli sağlam toxumluq kartof istehsalı sisteminin yaradılması

İcra müddəti: 2018 - 2022

Cari status:    icrası davam edir

 

  1. Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi

İcraçı təşkilat:  FAO

Məqsədi: Ölkənin müxtəlif hədəf regionlarında qoyunçuluqla məşğul olan təsərrüfat sahibləri üçün mümkün həll yollarının təmin edilməsi

İcra müddəti: 2018 - 2023

Cari status:                icrası davam edir

 

  1. Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi

İcraçı təşkilat: FAO

Məqsədi: Damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması üzrə müvafiq  sistemin yaradılması və SM, EK və heyvanların yemlənməsi xidmətlərinin gücləndirilməsi vasitəsilə iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması

İcra müddəti: 2018 - 2022

Cari status:    icrası davam edir

 

  1. Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayananıqlılığın artırılması

İcraçı təşkilat: FAO

Məqsədi: Mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının   effektivliyinin artırılması və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrini (GAP) tətbiq etmək imkanın yaradılması

İcra müddəti:   2020 - 2023

Cari status:      icrası davam edir

 

  1. Mərkəzi Asiyada buğda pası xəstəliyinin idarə edilməsi üçün milli potensialın gücləndirilməsi

İcraçı təşkilat:  FAO

Məqsədi: Mərkəzi Asiya və Qafqazda ərzaq təminatının və yaşayış səviyyəsinin yaxşılaşdırılması, buğda pası xəstəliyinin təbii risklərinə qarşı davamlılığın gücləndirilməsi

İcra müddəti:   2020 - 2024