Ana arının keyfiyyəti iki əsas göstərici ilə müəyyən edilir: birincisi, cinsiyyət üzvlərinin inkişaf dərəcəsidir ki, ananın yumurtaqoyma qabiliyyəti bundan asılıdır. Ananın cinsiyyət orqanlarının inkişafı yumurtalıqda yumurta borucuqlarının sayı və onların fizioloji fəaliyyət dərəcəsindən asılıdır. Yumurta borucuqlarının sayı 140-160-dan 200-220-dək olur. Arılar inkişaf etmiş iri anaları xırda analara nisbətən daha tez qəbul edirlər. Beləki, arıların özlərinə qaldıqda (arıçı işə qarışmadıqda) onlar iri, yaxşı inkişaf etmiş anaları seçib saxlayırlar.
Əvvəllər belə hesab edirdilər ki, ailəni ana idarə edir. Arıçılann fikrincə, ailədə çoxalmanı arılar arasında iş bölgüsünü və beçəverməni ana təşkil edir və yeni ailə əmələ gəlməsi üçün beçəni də ana ayırıb özü ilə aparır. Lakin arı ailəsi üzərində elmi tədqiqatlar göstərir ki, bu fikir yanlışdır. Əksinə yeni ailəyə beçəni ana deyil, ananı beçə ayırıb aparır. Ananın yumurta qoyması da ailənin vəziyyətindən asılıdır. Şanlar balla dolduqca ananın yumurta qoyması da məhdudlaşır.
Yaxşı ana normal şəraitdə yaz-yay aylarında gündə 1500-2000, bir mövsümdə isə 200 min və daha artıq yumurta qoyur. Ana arının bir gündə qoyduğu yumurtaların çəkisi onun öz çəkisindən, 1,5-2 dəfə çox olur. Aydındır ki, belə intensiv işləyən anaya yüksək keyfiyyətli yem verilməlidir. Ana yumurta qoyarkən yemləyici arılar onun ətrafında fırlanaraq onu yüksək keyfiyyətli yemlə - arı südü ilə yemləyirlər. Arı südü həmin yemləyici arıların xüsusi vəzilərindən çıxır. Bu süd ana tərəfindən tez və tamamilə mənimsənilir və əsasən yumurta əmələ gəlməsinə sərf olunur. Ananın məhsuldar yumurtaqoyma dövrü 2 ildir. Sonrakı illər isə fəaliyyəti getdikcə azalır. Təbii şəraitdə ağac koğuşunda, qayalıqlarda məskən salan arı ailələrində ana 5-6 il yaşayır.
Torpaqları analiz etdirmək üçün regional aqrokimya laboratoriyalarına (Abşeron, Quba, Bərdə, Göygöl, Salyan, Tovuz, Şamaxı, Şəki, Ucar və Lənkəran) müraciət edə bilərsiniz.
axa.gov.az saytına daxil olub Bitki Sortlarının Qeydiyyatı Və Toxum Satış Yerləri-->Toxum satış yerləri bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin göstərdiyi xidmətlərdən faydalanmaq üçün AXA-ya, onun tabeli qurumlarına və Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət edə bilərsiniz.
Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəliklərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 07 mart tarixli 65 saylı qərarı ilə təsdiq edilmişdir (Nazirlər Kabinetinin 22 yanvar 2015-ci il tarixli 12 saylı qərarı ilə əlavə olunmuşdur) . Həmin qərara uyğun olaraq, baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəlikləri aşağıdakılardır: 1. Müxtəlif növ heyvanların ümumi xəstəlikləri: dabaq (virusun bütün tipləri); qarayara (dərinin askolizasiyasından başqa); quduzluq; vərəm; bruselyoz; leptospiroz; Kü isitməsi; trixinelyoz; şmallenberq virusu. 2. İribuynuzlu heyvanların xəstəlikləri: taun; süngərvari ensefalopatiya; kontagioz plevropnevmoniya; yoluxucu nodulyar dermatit. 3. Dəvələrin xəstəlikləri: taun.