Elanlar

Mərkəzi aparat, bitki mühafizəsi və baytarlıq xidmətləri üçün dəftərxana və təsərrüfat mallarının satın alınması

Mərkəzi aparat, bitki mühafizəsi və baytarlıq xidmətləri üçün dəftərxana və təsərrüfat mallarının satın alınması

26 May 2021

Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müva¬fiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Malgöndərənlər (podratçılar) dövlət satınal¬malarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. İddiaçıdan satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması tələb edilir. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haq¬qını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplu¬sunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. Tenderdə iştirak haqqı 400 manatdır. İştirak haqqı heç bir halda geri qayta¬rılmır. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar. Aqrar Xidmətlər Agentliyi qarşısında lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər. Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi. 2. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qay-dada təsdiq edilmiş surəti), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri. 3. Tender təklifi (təkliflərin açıldı¬ğı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır). 4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl¬dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır, bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır). 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublika¬sının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış. 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. 8. Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə arayış. 9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırıl¬mış şəxs olmaması barədə arayış. 10. Satınalma prosedurlarının başlan¬masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu¬larının peşəkar fəaliyyətləri, yaxud satı¬nalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmama¬sı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış. 11. İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması¬nı müəyyən etmək üçün ixtisas göstəriciləri barədə tələblər aşağıdakılardır: - tenderin predmeti üzrə iş təcrübəsinin olması (təsdiqedici sənədlər təqdim edilməklə); - texniki və maliyyə imkanlarının olması; - bu sahədə peşəkar olması. Malların çatdırılması satınalma müqaviləsi bağlandıqdan sonra 30 bank günü müddətində həyata keçirilir. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir) İddi¬açılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs- Pərvanə Sultanəliyeva. Ünvan-Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi7 A. Telefon-(070) 284-24-22; Faks: (012) 562-85-57 ; E- mail: p.sultanaliyeva@axa.gov.az Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 18 iyun 2021-ci il saat 17.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 29 iyun 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 30 iyun 2021-ci il saat 17.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet porta¬lında aparılacaqdır. QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur¬lar yalnız elektron qaydada portal vasitəsilə aparılır. Tender komissiyası
 31