Ana Səhifə > Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi > Haqqımızda

Haqqımızda

    Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 2021-ci il 26 iyul tarixli 101 nömrəli əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi yaradılmışdır.
    Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 2021-ci il tarıxli 02 nömrəli qərarı  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar  Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi haqqında Əsasnamə”si təsdiq olunmuşdur. 
    Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində hüquqi və fiziki şəxslərin, habelə  dövlət və yerli özünüidarəetmə orqanlarının  müraciəti əsasında müayinələr, müşahidələr aparır, profilaktika və bitki mühafizəsi xidmətlərini, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi tədbirlərini həyata keçirir, pestisidlərin,bioloji preparatların və digər bitki mühafizə vasitələrinin və onların qablarının toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin daşınması və zərərsizləşdirilməsi  məsələlərində aidiyyatı dövlət qurumları ilə birgə fəaliyyət göstərir.

    Fitosanitar karantin nəzarətində olan karantin obyektlərində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar edildikdə onlara qarşı dövlət büdcəsi hesabına mübarizə tədbirləri həyata keçirir.

 

Əsas xidmətlər

--Fumiqasiya (zərərsizləşdirmə) xidməti

--Bitkilərdə zərərli orqanizmlərinin müəyyənləşdirilməsi

--Bitki xəstəlik və zərərvericilərinə qarşı bitki mühafizəsi tədbirlərinin aparılması

--Istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin, onların birləşmələrinin və taralarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi