Fumiqasiya (zərərsizləşdirmə) xidməti
Məzmunu
Karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri məhv etmək üçün maye, bərk və qaz halında olan pestisidlərdən istifadə etməklə zərərsizləşdirmə fəaliyyətinin həyata keçirilməsi.
Xidmətin göstərilmə yeri
Agentliyin Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi və ya onun regional bölmələri tərəfindən karantin nəzarətində olan materialların təqdim olunduğu müvafiq yerlər .
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
3 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişli.
Ödəniş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir
2. |
Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi |
||
2.1. |
Karantin nəzarətində olan bitkiçilik məhsullarının zərərsizləşdirilməsi (fumiqantla) |
||
2.1.1. |
dənli və paxlalı bitkilərin məhsulları, yemlər |
1 ton |
0,90 |
2.1.2. |
texniki yüklər və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar) |
1 ton |
0,90 |
2.1.3. |
meşə materialları |
1 m3 |
0,90 |
2.1.4. |
taxta altlıqların (paletlərin) və qutuların zərərsizləşdirilməsi və markalanması |
1 m3 |
7,00 |
2.1.5. |
toxum və əkin materialları, bəzək (dekorativ) və dərman bitkiləri |
1 ton |
1,10 |
2.1.6. |
qurudulmuş meyvələr (qoz, fındıq, badam, püstə, ərik, əncir, xurma və s.) |
1 ton |
0,90 |
2.1.7. |
yaş meyvə-tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər) |
1 m3 |
5,00 |
2.2. |
Karantin nəzarətində olan bitki və bitkiçilik məhsullarının saxlanması yerlərinin, nəqliyyat vasitələrinin və digər obyektlərin zərərsizləşdirilməsi |
||
2.2.1. |
Fumiqantla |
||
2.2.1.1. |
məhsul yığılmamış (boş) yerlər |
1 m3 |
0,16 |
2.2.1.2. |
məhsul yığılmış (dolu) yerlər |
1 m3 |
0,40 |
2.2.2. |
Aerozol formalı pestisidlə |
||
2.2.2.1. |
məhsul yığılmamış (boş) yerlər |
1 m3 |
0,06 |
2.2.2.2. |
məhsul yığılmış (dolu) yerlər |
1 m3 |
0,10 |
2.2.3. |
Maye formalı pestisidlə |
1 m2 |
0,06 |
2.2.4. |
Termik (istilik) üsulla zərərsizləşdirmə |
||
2.2.4.1. |
meşə materiallarından hazırlanmış taralar, qutular, altlıqlar (paletlər) və s. |
1 m3 |
10 m3-ə qədər 40,00 (əlavə hər 1 m3 üçün 7,00) |
2.2.5. |
Deratizasiya |
1 m2 |
0,10 |