İstifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrin saxlanması
Məzmunu
Istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin, onların birləşmələrinin və taralarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi
Xidmətin göstərilmə yeri
Bitki Mühafizəsi və Fumiqasiya(zərərsizləşdirmə) Mərkəzinin Cəngi pestisid poliqonu
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
5 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişli.
Ödəniş Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 2014-ci il 1 avqust tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir
№ |
Təhlükəli tullantılar |
Tarif manat/ m3 |
ı |
ıı |
ııı |
1. |
Tullantıların yandırılmasından əmələ gələn tüstü külü |
10.0 |
2. |
Təhlükəli tibbi tullantılar |
10.0 |
3. |
Digər təhlükəli tullantılar |
80.0 |