Ana Səhifə > Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi > Sənədlər > Əsasnamə

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2021-ci il “29iyul tarixli “02”  nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və  Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi haqqında

 

 

ƏSASNAMƏ

 

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazırliyı yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra - Agentlik) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi (bundan sonra - Mərkəz) bitki və bilkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahalərində, torpaqda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində huquqi və fiziki şəxslərin, habelə dövlət və yerli özunüidarəetmə orqanlarının müraciətləri əsasında müayinələr, müşahidələr aparır, profilaktika və bilki mühafizəsi xidmətlərini həyata keçirir, hüquqi və fiziki şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında karantin nəzarətində olan materialların idxalı, ixracı, təkrar ixracı, tranziti və digər gömrük rejimləri altında yerləşdirilməsi zamanı eləcə də bitkiçilik məhsullarını daşıma vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlərin digər zərərvericilərin zərərsizləşdirilməsi tədbirlərini həyata keçirir, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin və onların qablarının toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin qablaşdırılaraq daşınması və zərərsizləşdirilməsi məsələlərində aidiyyati dövlət orqanları və qurumları ilə birgə fəaliyyət göstərir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) normativ hüquqi aktlarını, əmr və qərarlarını, Agentliyin əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

1.3. Mərkəz bu Əsasnamədə nəzərdə tululan vəzifələri bilavasitə və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə əlaqəli şəkildə həyata keçirir.

1.4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri,

Nazirliyin, Agentliyin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait, kreditlər, qrantlar, ianələr və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyət istiqamətlər

2.0. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində hüquqi və fiziki şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında müayinələr, müşahidələr aparır, profilaktika və bitki mühafizəsi xidmətlərini həyata keçirir;

2.0.2. fitosanitar karantin nəzarətində olan karantin obyektlərində karantin təlbiq edilən

və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar olunduqda onlara qarşı mübarizə məqsədi ilə fitosanitar tədbirlərini hayata keçirir;

2.0.3. bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində aidiyyəti

dövlət orqanları ilə birgə tədbirlər həyata keçirir;

2.0.4. hüquqi və fiziki şəxslər, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında karantin nəzarətində olan materialların (karantın nəzarətində olan material dedikdə zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan fitosanitar tədbirlərin aparılmasını tələb edən (xüsusilə beynəlxalq yükdaşımaları zamanı) bitki və bitkiçilk məhsullarır onların saxlanma yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt, yük başa düşülür)

zərərsizləşdirilməsini həyata keçirir;

2.0.5. fumiqasiya tədbirləri keçiriləcək yerlərdə xəbərdaredici işarələr və ya yazılı lövhələr vurur;

2.0 6. fumiqasiya zamanı pestisidin miqdarını təyin edir;

2.0.7. istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin onların birləşmələrinin və qablarının qanunvericilikdə

nəzərdə tutulmuş qaydada saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi sahəsində

tədbirlər görür;

2.0.8. istifadəyə yararsız va istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların aqrokimyəvi maddələrin qalıqlarının onların birləşmələrinin və qablarının mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə monitorinqlər hayata keçirir, həmçinin təhlükəsizlik qaydalarına riayət etməklə basdırılmasını va mühafizəsini təmin edir. 

 

3. Mərkəzin vəzifələri 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin

vəzifələri aşağıdakılardır:

3.0.1. bitki va bitkiçilik məhsulları saxlanılan anbarlarda bazarlarda həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahalərində, torpaqda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində hüquqi və fiziki şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətləri əsasında müayinələr, müşahidələr aparmaq, profilaktika və bitki mühafizəsi xidmətlərini həyata keçirmək;

3.0.2. karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin respublikaya daxil olmasının və respublika ərazisində mövcud olan karantin obyektlərinin yayılmasının qarşısının alınması üçün tədbirlər görmək;

 

3.0.3. Azərbaycan Respublikası ərzisində karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və onların mənbələrinin kimyəvi, bioloji və digər üsullarla ləğv olunması barədə tədbirlər görmək;

3.0.4. ətraf mühitin və insan sağlamlığının qorunması məqsədi ilə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə işlərində elmi cəhətdən əsaslandırılmış inteqrir mübarizə tədbirləri sistemlərini hazırlamaq;

3.0.5. ərazilərin fitosanitar karantin vəziyyəti baradə rəy vermək;

3.0.6. torpaq mülkiyyətçilərinə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı bitki mühafizəsi vasitələri ilə aparılmış və aparılacaq mübarizə tədbirləri haqqında lazımi məlumatların verilməsini təmin etmək;

3.0.7. karantin va xüsusi təhlükəli zərərli orqanizmlərin yayılması proqnozunu hazırlamaq;

3.0.8. ölkə ərazisində bitkilərin zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmə arealının və dərəcəsinin, onların əmələgəlmə səbəblərinin, aparılacaq mübərizənin forması və həcminin müəyyənləşdirilməsi məqsədi ilə müşahidələr aparmaq, növbəti il üçün zərərverici, xəstəlik və alaq otlarına qarşı aparılacaq mübarizə işlərinin həcminə dair proqnozlar hazırlamaq;

3.0.9. mütəmadi olaraq bitki mühafizəsi üzrə görülən işlər barədə Agentliyə hesabat vermək;

3.0.10. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə karantin məhdudiyyət tədbirlərinin, o cümlədən bu təhlükəni yaradan subyektlər barədə tədbirlərin görülməsi üçün fitosanitar nəzarəti funksiyalarını həyata keçirən orqana və aidiyyəti digər dövlət orqanlarına müraciət etmək;

3.0.11. dövlət büdcəsindən ayrılmış vəsait hesabına karantin və xüsusi təhlükəli zərərli

orqanizmlərə qarşı tədbilər həyata keçirmək;

3.0.12. respublika ərazisində kənd təssərüfatında bitki sağlamlığı sahəsində fitosanitar

xidmətlərin elmi-praktik əsaslarla hayata keçirilməsini təmin etmək;

3.0.13. respublika ərazisində bitki mühafizəsi vasitələrinin elmi əsaslarla istifadə edilməsi qaydalarına nəzarət etmək, kadrların ixtisaslaşdırılması üçün zəruri tədbirlər görmək;

3.0.14. bitki mühafizəsi tədbirləri haqqında məlumat toplusunu hazırlayıb hüquqi və fiziki şəxslərə, habelə dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırmaq;

3.0.15. torpaq mülkiyyətçiləri və torpaq istifadəçiləri tərəfindən bitki mühafizəsi vasitələrinin istifadə reqlamentinə riayət olunmasına nəzarət etmək;

3.0.16. dövlət sınağından keçmiş və qeydiyyata alınmış yeni bitki mühafizəsi vasitələri və onların istifadə olunma qaydaları barədə məhsul istehsalçılarını maarifləndirmək;

3.0.17. bitki mühafizəsi tədbirlərinin mövcud təlimat və tövsiyyələrin, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda bu tədbirləri həmin nöqsanlar aradan qaldırılana qədər dayandırmaq;

3.0.18. yüksək toksiki təsirə malik təhlükəli preparatların və onların analoqlarının tətbiqi ilə aparılan mübarizə işlərinin metodik təlimata uyğun həyata keçirilməsini təşkil etmək;

3.0.19. bitki mühafizəsi sahəsində yaranacaq neqativ halların aradan qaldırılması məqsədilə texniki təhlükəsizlik qaydalarına düzgün əməl edilməsi üçün torpaq sahibkarlarını, fermerləri təlimatlandırmaq.

   3.0.20. hüquqi və fiziki şəxslər, habelə dövlət və yerli özünüidaretmə orqanlarının karantin nəzarətində olan materialların zərərsizləşdirməsi ilə əlaqədar Mərkəzə və dövlət aqrar inkişaf mərkəzlərinə müraciəti əsasında onlarla bağlanmış müqavilələr əsasında karantin nəzarətində olan materialların zərərsizləşdirilməsini onların vəsaiti hesabına həyata keçirmək və zərərsizləşdirmədən sonra 2 (iki) nüsxədən ibarət akt tərtib etmək;

         3.0.21. hüquqi və fiziki şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında karantin nəzarətində olan materialların idxalı, ixracı, təkrar ixracı, tranzitli və digər gömrük rejimləri altında yerləşdirilməsi zamanı, eləcə də bitkiçilik məhsullarını daşıma vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlərin  digər zərərvericilərinin zərərsizləşdirilməsi tədbirlərini həyata keçirmək;

3.0.22. bitki və bitkiçilik məhsullarının zərərverici və xəstəlik törədicilərini zəhərli buxar, qaz və ya aerozol vasitəsilə zəhərləyərək məhv etmək üçün maye, bərk və qaz halında olan pestisidlərdən istifadə etmək;

3.0.23. istifadə edilən kimyəvi preparatların Azərbaycan Respublikasının sanitar normalarına uyğun olmasına təminat vermək;

3.0.24. fumiqasiya tədbirləri keçiriləcək yerlərdə xəbərdaredici işarələr və ya yazılı lövhələr vurmaq;

3.0.25. fumiqasiya zamanı pestisidin miqdarını təyin etmək;

3.0.26. zərərsizləşdirmə zamanı xüsusi geyim formalarından və mühafizə vasitələrindən istifadə etmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsini onların xüsusiyyətlərindən, miqdarından, sirayətlənmənin dərəcəsindən və digər amillərdən asılı olaraq həyata keçirmək;

3.0.27. Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatında fumiqasiya xidmətlərinin elm-praktik əsaslarla həyata keçirilməsini təmin etmək, fumiqsiya haqqında məlumat toplusunu hazırlayıb hüquqi və fiziki şəxslərə habelə dövlət və yerli özünüidaretmə orqanlarına çatdırılmasını təmin etmək;

3.0.28. bitkiçilikdə pestisidlərin bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqi qaydalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən etmək, bitki mühafizəsi və fumiqasiya xidmətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək;

3.0.29. sahə üzrə tövsüyyələr, kütləvi informasiya vasitələrində məlumatlar vermək, plakatlar, informasiya bülletenləri və bukletlər hazırlamaq;

3.0.30. pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin və onların qablarının toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin qablaşdırılaraq daşınması və zərərsizləşdirilməsi məsələlərində aidiyyəti dövlət orqanları və qurumları ilə birgə fəaliyyət göstərmək;

3.0.31. istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə monitorinqlər həyata keçirmək;

3.0.32. qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının onların birləşmələrinin qablarının toplanması, qablaşdırılması və poliqona daşınması zamanı təhlükəsizlik tədbirlərinə əməl etmək, xüsusi geyim və vasitələrdən istifadə etmək, ətraf mühitin çirklənməsinin qarşısını almaq;

3.0.33. istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının onların birləşmələrinin, qablarının basdırılmasının və ya məhv edilməsinin qeydiyyatı barədə agentliyə məlumat vermək;

 

4. Mərkəzin hüquqları

 

4.0. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Mərkəzin aşağıdakı nüquqları vardır:

4.0.1. müvafıq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, monitorinqlər, müşahidələr, qiymətləndirmələr aparmaqla sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

4.0.2. müvafiq sahədə hüquqi və fiziki şəxslərə tövsiyyə və məsləhətlər vermək funksional yardımçı xidmətlər təşkil etmək;

4.0.3. müvafiq sahədə qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində tədbirlər görmək və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti dovlət orqanları və qurumları qarşısında məsələ qaldırmaq:

4 0.4. müvafıq sahədə ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçun zəruri tədbirlər görmək və bu sahədə hüquqi və fiziki şəxslərə, habelə dövlət və yerli ozünüidarəetmə orqanlarına əməli köməklik göstərmək;

4.0.5. torpaq istifadəçiləri tərəfindən bitki mühafizəsi tədbirlərinin aparılmasına, bitki mühafizəsi vasitələrinin istifadəsi reqlamentinə riayət olunmasına dair təlimlər, monitorinqlər keçirmək;

4.0.6. elmi tədqiqat müəssisələri, torpaq mülkiyyətçiləri (istifadəçiləri), dövlət və yerli özünüidarəetmə orqanlarının iştirakı ilə fəaliyyət istiqamətlərinə uyğun elmi-praktiki konfranslar, seminarlar keçirmək;

4.0.7. hüquqi və fizikı şəxslər, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fəaliyyət sahəsi ilə əlaqədar Agentliklə razılaşdırmaqla müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək,  fəaliyyətinə dair analitik materiallar hazırlamaq, bu sahənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər təqdim etmək;

4.0.8. müstəqil ekspertləri və mütəxəssisləri, elmi təşkilatları müəyyən edilmiş qaydada öz təaliyyətinə cəlb etmək;

4.0.9. fəaliyyəti ilə bağlı əhali arasında maarifləndirmə işlərini təşkil etmək və həyata keçirmək, müvafıq sahə üzrə təlimatların, qaydaların, uçot və hesabat formalarının, bülletenlərin, habelə digər maarifləndirici materialların çap edilməsini və ya kütləvi informasiya vasitələr ilə məlumatların verilməsini təmin etmək;

4.0.10. müvafiq sahədə layihələrin həyata keçirilməsi və dəstək tədbirlərinin tətbiqi ilə əlaqədar beynəlxalq müqavilələrin bağlanması və fəaliyyəti üzrə digər məsələlər barədə Agentliyə təkliflər vermək;

4.0.11. fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına   mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlara, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatlar(sənədlər) almaq;

4.0.12. fəaliyyət isliqamətləri uzrə beynəlxalq tədbirlərdə iştirak etmək, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq çərçivəsində müvafıq qabaqcıl və innovativ təcrübələri öyrənmək və tətbiq etmək;

4.0.13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada xidmətlər göstərmək və bunun müqabilində haqq almaq;

4.0.14. bu sahədə əldə olunmuş müsbət təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə lazımi tədbirlər gormək;

4.0.15. istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin,  bioloji preparatların, aqrokimyəvi maddələrin  qalıqlarının, onların birləşmələrinin və qablarının  daşınması, basdırılması, saxlanılması və zərərsizləşdirilməsi barədə Agentlik sədrinin əmr və göstərişlərini yerinə yetirmək;

4.0.16. istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, aqrokimyəvi maddələr zədələnməmiş və bütöv qablarda olmadığı halda, onların daşınmasının və basdırılmasının dayandırılması barədə qərar vermək;

4.0.17. istifadəyə yararsız və istifadəsi qadağan olunmuş zəhərli maddələrin mövcud olduğu yerlərdə ekoloji şəraiti, pestisidin növünü və formasını öyrənmək;

4.0.18. bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin satışı ilə məşğul olan mağazalarda, hüquqi və fiziki şəxslərdə Agentlik tərəfindən keçirilən reydlər zamanı aşkar edilən istifadəsi və satışı qadağan olunan zəhərli kimyəvi maddələrin qablaşdırılması, daşınması və zərərsizləşdirilməsi üçün tədbirlər görmək;

4.0.19. zərurət yarandıqda poliqondan və digər daşınma yerlərindən nümunələri götürərək aidiyyəti üzrə təqdim etmək.                                                                                                                                                                                                           

 

 

 

5. Mərkəzin fəaliyyətinin təşkili

 

5.1. Mərkəz Aparatdan, regional bölmələrdən və rayon mərkəzlərindən ibarətdir. Mərkəz fəaliyyətini bilavasitə, regional bölmələri və rayon mərkəzləri vasitəsilə həyata keçirir.

5.2. Mərkəzin fəaliyyətinə Agentliyin sədrinin təqdimatına əsasən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin (bundan sonra - Nazir) vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir.

5.3. Mərkəzin rəisi Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Mərkəz rəisinin Agentliyin sədrinin təqdimatına əsasən Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) müavini vardır.

5.5. Mərkəz rəisinin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar. Mərkəzin rəisi işdə olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Mərkəz rəisinin müavini həyata keçirir.

5.6. Mərkəzin struktur bölmə rəhbərləri Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.7. Mərkəzin rəisi:

5.7.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.7.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Mərkəzi təmsil edir;

5.7.3. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Mərkəzin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;

5.7.4. Mərkəz rəisinin müavinləri və struktur bölmə rəhbərləri istisna olmaqla, Mərkəzin digər işçilərini Agentliyin sədri ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır, onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması, eləcə də onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

5.7.5. Mərkəzin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;

5.7.6. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb Agentliyə təqdim edir;

5.7.7. Agentliyin iş planında və qərarlarında, Agentlik sədrinin əmr, sərəncam və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.7.8. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

5.7.9. digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Agentliyə təqdim edir;

5.7.10. Mərkəzin fəaliyyəti barədə Agentliyə mütəmadi olaraq hesabat verir;          

5.7.11. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, vəsait həddi nəzərə alınmaqla, Mərkəz işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;                     

5.7.12. Mərkəzin sərəncamında olan dövlət əmlakının qorunub saxlanılmasını, istifadəsini təşkil edir və ona cavabdehlik daşıyır;

5.7.13. Mərkəzdə intizam qaydalarını müəyyənləşdirir, işçilər arasında vəzifə bölgüsü aparır.                                             

5.8. Mərkəzin hər bir işçisi ona məlum olan dövlət sirri, yaxud qulluq sirri təşkil edən məlumatların mühafizə olunmasına görə səlahiyyətlərinə uyğun olaraq məsuliyyət daşıyır.                                      

5.9. Mərkəzin strukturu, xərclər smetası, ştat cədvəli və struktur bölmələrinin əsasnamələri Nazir tərəfindən təsdiq edilir.