Haqqımızda
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 29 iyul 2021-ci il tarixli 29 nömrəli qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya , Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi haqqında əsasnamə təsdiq edilmişdir.
Laboratoriya , Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi 11 regional mərkəz və mərkəzi laboratoriyadan ibarətdir. Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi aqrar xidmətlər sahəsində tədqiqat, ekspertiza və sertifikatlaşdırma işlərini həyata keçirir. Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi toxumların sortluq və səpin keyfiyyətlərinə uyğun olaraq sertifikatlaşdırmanı, toxumluq əkinlərin qeydiyyatını, aprobasiyasını, əkin materiallarından nümünə götürərək toxumların səpin keyfiyyətinin müəyyənləşdirilməsini, seleksiya nailiyyətlərinin (bitki sortlarının) ekspertizasını və sınaqlarının keçirilməsini, kənd təsərrüfatı və digər təyinatlı torpaq sahələrində aqrokimyəvi tədqiqat işlərinin aparılmasının təşkilini, heyvan xəstəliklərinin laborator diaqnostikasını (müayinəsini) həyata keçirir, habelə toxum istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin maddi və texniki bazası barədə rəy verir, bioloji metod sahəsində istehsalçılara metodik köməklik göstərir və tövsiyələr verir, səmərəli bioloji agentləri müəyyənləşdirir və laboratoriya şəraitində istehsal edir.
Laboratoriya , Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi 11 regional mərkəz və mərkəzi laboratoriyadan ibarətdir
Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əsas missiyası: bioloji agentlərin istehsalını inkişaf etdirilməsi, bitkiçilikdə məhsuldarlığın artırılması istiqamətində toxumların səpin keyfiyyətini müəyyənləşdirilməsi, aqrokimyəvi tədqiqat işlərinin həyata keçirilməsi, idxal olunan toxumların qeydiyyatı, rayonlaşdırılması və dövlət sort-sınaq məntəqələrində sınaqların keçirilməsi, heyvan sağlamlığının təmin edilməsidir. Toxumluq bəyanların,aprobasiyaların,sertifikatlaşdırma proseslərinin elektron kənd təsərrüfatı informasiya sistemində(EKTİS-də) qeydiyyatının aparılması.