Haradan? |
Necə qazılmalıdır? |
Nümunələri haradan götürmək olmaz? |
---|---|---|
Torpaq sahəsi hissələrə bölünür və hər hissədən ayrı nümunə (rənginə, relyefinə, gübrələnməsinə, eroziya uğramasına və çirklənməsinə görə) götürülür; Hər nümunə (5 hektardan 1 olmaqla) 1-1.5 kq miqdarında olmalıdır. |
Torpağın səthi təmizlənir; 20-30 sm dərinliyində V şəkilli çuxur qazılır; Çuxurun səthləri təmizlənir; 2-3 sm-lik torpaq dilimi götürülür; Kənarları atılır və mərkəzi hissəsi qaba yığılır. |
Çəpər xətləri, yol kənarı, xırman yeri və heyvan yatağından; Gübrə yığınları və gübrə verilmiş yerlərdən; Qarışqa, köstəbək, siçan və s. kimi canlıların yuvaları və ətrafından; Tarlanın su toplanan çökək hissələrindən; Şaxta, yağış və palçıq olan yerlərdən. |