Məzmunu
Nəqliyyat vasitəsinə dövlət texniki baxışın keçirilməsi.
Xidmətin göstərilmə yeri
DAİM-in inzibati binası, nəqliyyat vasitəsinin duracaq yeri üzrə.
Xidmətin həyata keçirilmə formaları
Elektron və ya kağız sənədləşmə formalarında.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
Sürücülük vəsiqəsi;
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi;
Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənilməsi;
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
Texniki baxış başa çatdıqdan sonrakı 30 dəqiqə və ya 1 gün (sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda) ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Bank vasitəsilə.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65-ci maddəsinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:
Nəqliyyat vasitəsinə dövlət texniki baxış talonun verilməsinə görə -15 manat.