Ana Səhifə > Sürücülük vəsiqəsinin verilməsi

Məzmunu

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu, sürücülük vəsiqəsinin verilməsi.

Xidmətin göstərilmə yeri

DAİM-in inzibati binası.

Xidmətin həyata keçirilmə formaları

Elektron və ya kağız sənədləşmə formalarında.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Ərizə;

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

Müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;

Tibbi arayış;

Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Ərizə nümunəsi.

 

 Xidmətin həyata keçirilməsi müddəti

İmtahanları müvəffəqiyyətlə başa çatdırdıqdan sonrakı 30 dəqiqə ərzində.

 

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Bank vasitəsilə.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65-ci maddəsinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarəetmək üçün sürücülük vəsiqəsinin verilməsinə görə dövlət rüsumu - 10 manat, imtahanların qəbulu üçün – 10 manat.

Sürücülük vəsiqəsinin verilməsinə dair ərizə forması