Kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması

Ana Səhifə > Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi > Kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması

Məzmunu

Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi analizlərin aparılması, nəticələrinə dair arayışların verilməsi, analizlərin aparılmasından sonra nəticələrə əsasən kartoqramların hazırlanması və torpaq mülkiyyətçilərinə həmin ərazilərlə bağlı aqrokimyəvi pasportların verilməsi ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi.

 

Xidmətin göstərilmə yeri

Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin yerli qurumları(Aqrokimyəvi laboratoriyalar).

 

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

  • Ərizə;
  • Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
  • Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
  • Torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin surəti;
  • Aqrokimyəvi tədqiqat işlərinin aparılması nəzərdə tutulan ərazilərin torpaq xəritələri.

 

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Ərizə nümunəsi.

 

Xidmətin həyata keçirilməsi müddəti

10 iş günü ərzində.

 

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Xidmət ödənişsiz həyata keçirilir.

Torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması üçün ödəniş Qaydaların 15-ci hissəsinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 18 iyul tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş tariflərə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

 

Xidmətin adı

Ölçü

vahi

di

Tariflər

(manat)

Torpağın qida maddələri ilə təminatının kartoqrammasının hazırlanması

3.1.

Sahə 100 hektara qədər olduqda

1

ədəd

100,0

.2.

Sahə 101 hektardan 500 hektara qədər olduqda

1

ədəd

100,0 manat və hər əlavə hektar üçün

1,0 manat

3.3.

Sahə 501 ha-dan çox olduqda

1

ədəd

500,0 manat və hər əlavə hektar üçün

0,5 manat