Ana Səhifə > Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi > Bitki sortlarının qeydiyyatı > Seleksiya nailiyyətinə patent üçün ərizə sənədlərinin ilkin ekspertizasının aparılması

Məzmunu

Patent üçün ərizə sənədlərinin ilkin ekspertizası zamanı lazımi sənədlərin müəyyən olunmuş tələblərə əsasən yoxlanılması. 

 

Xidmətin göstərilmə yeri

Agentliyin inzibati binası.

 

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Ərizə;

Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

Seleksiya nailiyyətinin təsvirini və əlamətlərini əks etdirən anket;

Seleksiya nailiyyəti nümunəsinin Azərbaycan Respublikasının Milli Genbankında saxlanmağa qəbulu haqqında arayış;

Genetik pasport;

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Hüquqi şəxsin dövlət reyestrindən çıxarış;

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.

 

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Ərizə və anket nümunələri.

 

Xidmətin həyata keçirilməsi müddəti

5 iş günü ərzində. 

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Bank vasitəsilə.

Ödəniş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.60.1 -ci maddəsinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

♦ Seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün - 10 manat.