Ana Səhifə > Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi > Bitki sortlarının qeydiyyatı > Sortun və hibridin sınağa qəbul olunması

Məzmunu

Sort və hibridin təqdim olunmuş sənədlərinin ilkin və seleksiya nailiyyətinin yeniliyə görə ekspertizasının keçirilməsi, ekspertizanın nəticələri müsbət olduqda sınağa qəbul edilməsi.

 

Xidmətin göstərilmə yeri

Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin və ya DAİM-in inzibati binası.

 

Xidmətin həyata keçirilmə formaları

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.

 

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Ərizə;

 

Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri

Ərizə nümunəsi.

 

Xidmətin həyata keçirilməsi müddəti

30 dəqiqə ərzində.

 

Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları

Bank vasitəsilə.

Ödəniş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.60.5-ci və 18.60.7-ci maddələrinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:

Sortun yeniliyinə görə ekspertizası üçün - 10 manat;

Seleksiya nailiyyətlərinin yekcinsliyinin, sabitliyinin sınaqdan keçirilməsinə görə - 60 manat.