Məzmunu
Seleksiya nailiyyətinin sifariş sənədlərinin ilkin ekspertizası aparılan müddətdə ərizəçinin əvvəlcədən təqdim etdiyi sənədlərə ərizəçinin öz təşəbbüsü ilə və ya ekspertiza aparılarkən aşkar olunmuş hallar əsasında əlavə, düzəliş və dəqiqləşdirmələrin aparılması.
Xidmətin göstərilmə yeri
Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin inzibati binası.
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Hüquqi şəxsin dövlət reyestrindən çıxarış;
Vergi ödəyicinin eyniləşdirmə nömrəsi (VÖEN);
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə;
Döviət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
3 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Bank vasitəsilə.
Ödəniş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.60.2-ci maddəsinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:
• Sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətinin sifariş sənədlərində əlavələr, dəqiqləşmələr və düzəlişlər üçün - 5 manat.