Məzmunu
Bu xidmət seleksiya nailiyyətinin adının dəyişdirilməsini əhatə edir.
Xidmətin göstərilmə yeri
Agentliyin inzibati binası.
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Elmi-Tədqiqat müəssisələrinə münasibətdə Elmi Şuranın iclasının Protokolundan çıxarış;
Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Hüquqi şəxsin dövlət reyestrindən çıxarış;
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə;
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
5 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Bank vasitəsilə.
Ödəniş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.60.3-cü maddəsinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:
• Sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətlərinin adının dəyişdirilməsi üçün - 25 manat.