Məzmunu
Ərizəçinin müraciəti əsasında seleksiya nailiyyətinə patentin surətinin verilməsi.
Xidmətin göstərilmə yeri
Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, onun yerli qurumları və ya DAİM-in inzibati binası.
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
5 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Bank vasitəsilə.
Ödəniş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.60.10-cu maddəsinə uyğun olaraq nağdsız qaydada həyata keçirilir:
• Patentin surətinin verilməsinə görə - 25 manat.