Məzmunu
Ərizəçinin müraciəti əsasında müəlliflik şəhadətnaməsinin surətinin verilməsi.
Xidmətin göstərilmə yeri
Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin və ya DAİM-in inzibati binası.
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Ərizə;
Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
Hüquqi şəxsin dövlət reyestrindən çıxarış;
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
Hüquqi şəxsin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Ərizə nümunəsi.
Xidmətin həyata keçirilməsi müddəti
5 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsizdir.