Məzmunu
Toxum və ting istehsalı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər attestasiyadan keçirildikdən sonra onlara şəhadətnamə verilməsi və toxum istehsalçıları reyestrinə daxil edilməsi.
Xidmətin göstərilmə yeri
Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin və ya yerli qurumlarının inzibati binaları.
Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcıda təqdim olunması.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Fiziki şəxsin vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin surəti;
Hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;
Toxum və tinglərin istehsalı ilə bilavasitə məşğul olan mütəxəssislər barədə məlumat
Əkin sahəsində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizimlərin olmaması barədə rayon bitki mühafizə mərkəzinin rəyi;
Karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizimlərin olmaması barədə karantin ekspertizasının şəhadətnaməsi;
İstehsal fəaliyyəti üçün maddi-texniki bazanın mövcudluğunu və təsərrüfatın müvafiq Əsasnamədə göstərilmiş tələblərə cavab verməsini təsdiq edən rayon dövlət toxum müfəttişliyinin rəyi;
Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd.
Xidmətin həyata keçirilməsi üçün doldurulması tələb olunan müvafiq sənədlərin (ərizə, blank və s.) nümunələri
Yoxdur.
Xidmətin həyata keçirilməsi müddəti
15 iş günü ərzində.
Xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları
Ödənişsizdir.