Ana Səhifə > Aqrar Təlim Mərkəzi > Haqqımızda

Haqqımızda 

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Beyləqan, Gəncə, Kürdəmir, Quba, Lənkəran, Salyan, Şəki və Tərtər Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin əsasında yaradılmışdır.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir

- aqrar sahənin inkişafına böyük təsirə malik və rəqabətə davamlı məhsullar üzrə dəyər zənciri iştirakçılarının fəallığının və əhalinin məşğulluğunun artırılması istiqamətində əlavə imkanlar yaratmaq;

- aqrar təlim verən subyektləri fermerlərlə əlaqələndirmək;

- aqrar sahədə yeni texnologiyaların, beynəlxalq təcrübə və innovasiyaların, elmi-texniki yeniliklərin fermerlər arasında yayılmasını təşviq etmək;

- aqrar sahədə fəaliyyət göstərə biləcək təlimçilərin bazasını formalaşdırmaq;

- aqrar sahədə təlim və informasiya-məsləhət xidmətlərinin göstərilməsini təşkil etmək.

Mərkəz Aparatdan və 8 Regional Təlim Mərkəzlərindən (RTM) ibarətdir. Mərkəz fəaliyyətini bilavasitə və 8 RTM vasitəsilə həyata keçirir.

RTM-lər aşağıdakı rayon / şəhərlərdə yerləşir və ətraf bölgələri əhatə edir:

Regional Təlim Mərkəzləri

Əhatə etdiyi rayonlar

Əlaqə nömrələri

Ünvan

Kürdəmir

Kürdəmir, Ağsu, Zərdab, Ucar, Ağdaş, Şamaxı, Qobustan, İsmayıllı, Göyçay.

(051) 477 57 99

Kürdəmir rayonu, Garış-Əyribənd kəndi, AZ3316

Gəncə

Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy.

(055) 363 15 33

Samux rayonu, İnstitut qəs., AZ5114

Şəki

Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən.

(050) 877 34 76

Oğuz yolu, 15A AZ5500

Lənkəran

Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara.

(055) 208 42 42

Lənkəran rayonu, Şürük kəndi AZ4231

Beyləqan

Beyləqan, İmişli, Ağcabədi, Xocavənd, Laçın, Füzuli.

(050) 247 22 61

Beyləqan ray., Allahyarı kəndinə dönən yolda, Beyləqan Aqroservisin binasının yanında

Tərtər

Tərtər, Bərdə, Ağdam, Yevlax, Goranboy.

(050) 611 51 52

Tərtər rayonu, Zolgörən kəndi AZ 5900

Salyan

Salyan, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul.

(051) 821 26 24

Salyan rayonu B.Talıbı küçəsi 5 AZ5200

Quba

Xaçmaz, Quba, Şabran, Qusar, Siyəzən, Bakı, Xızı, Sumqayıt.

(070) 250 81 81

Quba rayonu, Timiryazev qəs., AZ4011