Aqrar Təlim Mərkəzi tərəfindən ölkə üzrə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə aşağıdakı istiqamətlər üzrə təlimlər həyata keçirilir:
- Taxılçılıq (alaq otları, xəstəlik və zərərvericilərə qarşı mübarizə)
- Heyvandarlıq (müasir heyvandarlığın təşkili)
- Pambıqçılığın inkişafı, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri
- Arıçılığın təşkili
- Sitrus və meyvə bağlarının salınması
- Çayçılığın inkişafı, müasir aqrotexniki qulluq qaydaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri
- Müasir suvarma sistemləri
- Bağçılığın inkişafı, müasir aqro-texniki qulluq qaydaları (intensiv və superintensiv bağların salınması)
- Müasir kənd təsərrüfatı texnikalarının istifadəsi
- Müvafiq Dövlət proqramlarının icrasına dəstək