Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2021-ci il 22 iyul tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi müxtəlif növ heyvanların sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, epizootiya əleyhinə tədbirlərin həyata keçirilməsini təmin edir.
Respublika daxilində heyvanlar arasında xəstəliklərin aradan qaldırılması üçün cari, illik və perspektiv profilaktiki tədbirlər planlarını və sağlamlaşdırma tədbirlərini hazırlayır.
heyvan və quşlar arasında xüsusi təhlükəli, zoonoz, invazion xəstəliklər baş verdikdə onların tez bir zamanda ləğv edilməsi üçün baytarlıq-sanitariya tədbirlərinin görülməsini təşkil edir və həmin tədbirlərin icrasında yerli baytarlıq mütəxəssislərinə lazımi köməklik göstərir.
Respublika ərazisində heyvan xəstəliklərinin profilaktikası və ləğvi üzrə tədbirlərin yerinə yetirilməsini təmin edir, yoluxucu və ekzotik xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirir.
Heyvanların xəstəliklərdən qorunması üçün lazım olan bioloji preparatlara, ləvazimatlara, alətlərə, dezinfeksiyaedici və digər vasitələrə olan tələbatı müəyyənləşdirir və bu barədə Agentliyə təkliflər verir, heyvan xəstəlikləri ilə mübarizədə dünya baytarlıq təcrübəsində qəbul olunmuş müxtəlif üsullardan və vasitələrdən istifadə edilməsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunmasını təmin edir, baytarlıq mütəxəssisləri tərəfindən ətraf mühitin çirklənməsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində səlahiyyətləri daxilində tədbirlər görür.
Ölkə ərazisində təsərrüfatların və yaşayış məntəqələrinin mütəmadi olaraq epizootik vəziyyətini öyrənmək, profilaktik tədbirlərini planlaşdırmaq, yoluxucu xəstəliklər üzrə qeyri-sağlam məntəqələrdə aidiyyəti təşkilatlarla birlikdə kompleks sağlamlaşdırma tədbirlərinin hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir.
Dövlət büdcəsi hesabına maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlər zamanı özəl baytarlarla xidməti müqavilə bağlayaraq onun icrasına nəzarət edir, özəl baytarlarla bağlanılan müqavilə üzrə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməyi və onların pozulmasına yol verməməyi onlardan tələb edir.