Bölgələrdə çəyirtkəkimilərin küpələrinin payız müşahidələri davam etdirilir
2023-11-13 00:00:00
Növbəti ildə çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkili, eləcə də proqnoz məlumatlarının hazırlanması məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (zərərsizləşdirmə) yerli mütəxəssisləri tərəfindən çəyitkəkimilərin məskunlaşdığı ərazilərdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Belə ki, cari ilin noyabr ayının 13-dək aparılan monitorinqlərin nəticələrinə əsasən, Ağstafa rayonunda 460 hektarda müşahidə, 250 hektarda sirayətlənmə, Cəbrayıl rayonunda 74 hektarda müşahidə, Füzuli rayonunda 57 hektarda müşahidə, Beyləqan rayonunda 50 hektarda müşahidə, Ağdam rayonunda 31 hektarda müşahidə aparılmışdır. Qeyd edək ki, cari ilin sentyabr ayından bu günədək respublikanın müxtəlif bölgələrində çəyirtkəkimilərin küpələrinin payız müşahidələri ilə bağlı ümumilikdə 4889 hektarda müşahidə və 1778 hektarda sirayətlənmə müəyyən olunub.
Aqrar Xidmətlər Agentliyini bildirir ki, bölgələrdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən çəyitkəkimilərin payız müşahidələri davam etdirilir.