Traktor və digər mexaniki nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçirilmə zamanı əlavə olaraq utilizasiya haqqı ödənilməlidir
2024-02-01 00:00:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2024-cü il tarixli 61 nömrəli “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” Qərarı 2024-cü il 1 fevral tarixindən etibarən qüvvəyə minir. Qərara əsasən traktor və digər mexaniki nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçirilmə zamanı əlavə olaraq utilizasiya haqqı ödənilməlidir. Bu Qərara 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən iki il müddətinə 50% həcmində tətbiq edilir.
İstehsal-buraxılış ilinə uyğun olaraq 50% həcmində utilizasiya haqqının aşağıdakı yekun məbləği utilizasiya fonduna ödənilməlidir.
4 ildən 10 ilədək olduqda – 5 manat
10 ildən 20 ilədək olduqda – 10 manat
20 ildən 30 ilədək olduqda – 15 manat
30 il və daha çox olduqda – 20 manat
Qeyd edilən məbləğlər 2024-cü il fevral ayının 1-dən 2 il müddətinə qüvvədədir
Kənd təsərrüfatı texnik