Buzovlarda koronovirus enteriti (ishalı)
2024-01-15 00:00:00
Yeni doğulmuş buzovların mədə-bağırsaq sistemini zədələyən iti gedişli virus xəstəliyidir.
Yoluxma yolları
- virusu kliniki sağlam virusdaşıyıcı inəklər, xəstə buzovlar sidik, süd və nəcislə yayırlar;
- virus sudan, süddən, avadanlıqlardan, döşəmədən keçə bilər;
- buzovlar əsasən alimentar yolla yoluxur;
- xəstəlik Ilin bütün fəsillərində baş verir;
- 1 həfəlikdən başalyaraq 3 aylığa qədər buzovlar yoluxa bilər;
- 10-50% tələf olmalar baş verir.
Xəstəliyin əlamətləri
- yaşıl-sarı rəngli, bəzən selik, qan və süd qarışıq sulu ishal (adətən nəcis pis iyli olmur) müşahidə edilir;
- bir çox hallarda çoxlu qaz yaranması, köpmə baş verir;
- bədən temperaturu normada yaxud normadan aşağı olur;
- ağızda yaralar yaranır, tükün tökülməsi baş verir;
- gözlər sulanmağa başlayır;
- orqanizmin su itirməsi və arıqlaması heyvanın tələf olmasına səbəb olur.
Müalicəsi və profilaktikası
- xəstəliyə şübhə yarandıqda baytarlıq mütəxəssisinə müraciət edilməli, müalicə-mübarizə tədbirləri hazırlanmalı və həyata keçirilməlidir;
- xəstəlik riskləri olan təsərrüfatlarda baytar həkiminin iştirakı ilə boğazlığın son dövrlərində (doğuma 2 ay qalmış) pevəndləmənin aparılması tövsiyə edilir;
- boğaz heyvanların yem rasionuna mineral və vitamin əlavələri edilməlidir;
- profilaktika, həmçinin müalicə məqsədi ilə hiperimmun serumdan istifadə etmək məqsədəuyğundur;
- xəstəlik aşkar edilərsə, xəstələr dərhal təcrid edilərək müalicəyə cəlb edilməlidir;
- gündəlik olaraq məcburi dezinfeksiya aparılmalıdır;
- sağlam təsərrüfatlarda yeni doğulmuş buzovlar üçün şöbə təmiz və quru olmalıdır, şöbədə temperatur və rütubət normada olmalıdır;
- buzovların təmas etdiyi avadanlıqlar (əmziklər, vedrələr) steril saxlanmalıdır. Qabaqlayıcı dezinfeksiya aparılmalıdır;
- tövlələrin giriş-çıxışında dezinfeksiya baryerləri qoyulmaldır.