Lənkəran, Salyan və Sabirabad Regional Laboratoriyalarının əməkdaşlarına təlimlər keçirilib
2024-02-27 00:00:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan höküməti arasında Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində icra edilən “Aqrar Xidmətlər Agentliyinin tabeliyində Toxum, Aqrokimyəvi Laboratoriyaları və Sertifikasiya Xidmətlərinin Təkmilləşdirilməsi” layihəsinə uyğun olaraq Lənkəran, Salyan, Sabirabad Regional Laboratoriyalarının əməkdaşlarına aqrokimyəvi analizlər üzrə təlimlər keçirilib.
Təlimlər LESM-in Mərkəzi Laboratoriyasının əməkdaşları tərəfindən keçirilməklə, torpaqda qranulometrik tərkibin öyrənilməsi, torpaqda mənimsənilə bilən bor, suvarma suyunun keyfiyyət göstəricilərinin öyrənilməsi və digər mövzuları əhatə etmişdir. Lənkəran Regional Mərkəzində keçirilən və 2 gün davam edən təlimlərdə Lənkəran, Salyan, Sabirabad Regional Laboratoriyalarının əməkdaşları iştirak etmiş, həmçinin onlara mövzulara uyğun zəruri metodik materiallar da təqdim olunmuşdur.
Şamaxı rayonunda xüsusi təhlükəli x...