Aqrar sahədə Azərbaycan Türkiyə əməkdaşlıq əlaqələri genişlənir
2023-12-20 00:00:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən “Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatına və Strateji İnkişafına Dəstək” layihəsi çərçivəsində Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Aqrar Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Taleh Zeynalov və FAO-Azərbaycan ofisinin əməkdaşı Namiq Məmmədovdan ibarət nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. Səfərin əsas məqsədi Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi və onun tabeliyindəki bir sıra müəssisələrlə səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması və onların təcrübələrinin öyrənilməsidir.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat müəssisələri və Nazirliyin müxtəlif idarə rəhbərləri ilə görüşlər keçirilib. Görüşdə heyvandarlıq, toxumçuluq, kənd təsərrüfatı texnikalarına xidmət sahələrində mövcud olan təcrübənin öyrənilməsi və əməkdaşlıq imkanlarının araşdırılması, birgə layihələrin həyata keçirilməsi, mütəxəssis və təcrübə mübadiləsi, həmçinin birgə araşdırmalar vasitəsilə Türkiyədə tətbiq edilən innovasiyaların Azərbaycanda tətbiqi imkanlarının genişləndirilməsi üzrə müzakirələr aparılıb.
Eyni zamanda, səfər çərçivəsində Aqrar Xidmətlər Agentliyi ilə ŞAP İnstitutu arasında təcrübə mübadiləsinin aparılması, ölkəyə baytarlıq vaksin təchizatının təşkilinə dəstək və heyvandarlıq sahəsi üzrə dərman və vaksin istehsalının birgə araşdırılması və istehsalı imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığa dair müqavilə imzalanıb. Səfər davam edir.
Toyuq gənəsinə qarşı mübarizə tədbi...