Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov beynəlxalq tədbirdə iştirak edib
2023-12-15 00:00:00
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov cari ilin 12-14 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birlik (UPOV) tərəfindən keçirilən beynəlxalq seminarda iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd UPOV Konvensiyasına uyğun olaraq qanunvericilik layihəsinin hazırlanmasıdır.
Cəfər Məhərrəmov eyni zamanda UPOV-un baş katibinin müavini Yolanda Hureta və digər rəsmi heyətlə ilə görüşmüşdür.
Seminara müxtəlif dünya dövlətlərindən - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Çin, Monqolustan, İndoneziya, Kamboca, Zambiya, Quatemela və s. nümayəndələr dəvət edilib.
Məlumat üçün bildirik ki, UPOV baş ofisi Cenevrədə (İsveçrə) olan hökumətlərarası təşkilatdır və Bitkilərin Yeni Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Konvensiya tərəfindən yaradılmışdır. Konvensiya 1961-ci ildə Parisdə qəbul edilmiş və 1972, 1978 və 1991-ci illərdə yenidən işlənmişdir. UPOV-un missiyası cəmiyyətin mənafeyi naminə bitkilərin yeni sortlarının inkişafını təşviq etmək məqsədilə bitki sortlarının mühafizəsinin effektiv sistemini təmin etmək və təşviq etməkdir.