Bakı Dövlət Universitetinin tələbələri Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında təcrübə keçirlər
2024-03-04 00:00:00
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Aqrokimya ixtisasi üzrə təhsil alan tələbələrə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyasında istehsalat təcrübəsi keçirilir.
Tələbələr təcrübə dövründə torpaqlarda icra olunan aqrokimyəvi analizlərin nəzəri əsaslarını öyənməklə yanaşı, praktiki olaraq analizlərin aparılması prosesində də iştirak edirlər.
İstehsalat dövründə tələbələrə torpaq nümunələrinin qeydiyyatı və analizə hazırlığı prosesləri, bu nümunələrdə aparılan aqrokimyəvi analizlər pH, Ec, ümumi azot, mənimsənilə bilər fosfor, orqanik karbon, kirəc, həmçinin aqrofiziki paramterlər olan qranulometrik tərkib, tarla su tumumunu, hoqroskopik nəmlik və s. parametrlər, həmçinin cihazlarda sərbəst istifadə qaydaları təlim müddətində öyrədilir.
QUŞLARDA YUMURTA MƏHSULUNUN AZALMAS...