Heyvanlarda Dabaq və Qarayara xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir
2024-04-15 00:00:00
Ölkə ərazisində epizootik sabitliyin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən "Epizootiya əleyhinə profilaktiki və diaqnostiki tədbirlər planı"na əsasən Respublika ərazisində iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir. Peyvənd vasitələri bölgələrə vaxtında çatdırılaraq “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburu dezinfeksiya olunur.
Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir. Həmçinin xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda respublikanın ərazisində epizootik vəziyyət sabitdir.