Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Özbəkistan Respublikasında səfərdə olublar
2024-05-06 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Fikrət Feyziyev, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Taleh Zeynalov və Entomofaqların istehsalı sahəsi şöbəsinin müdiri Mehrəli Mehrəliyev bitkilərin bioloji mühafizəsi üçün faydalı həşaratların yetişdirilməsi sahəsində təcrübənin öyrənilməsi məqsədilə Özbəkistan Respublikasında səfərdə olublar. Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Karantin Agentliyinin Bitki Mühafizəsi və Karantin Tədqiqat institutunun rəhbərliyi ilə görüş keçirilib. Görüşdə bitkilərin bioloji mühafizəsi üçün faydalı həşaratların yetişdirilməsi sahəsində əməkdaşlıq istiqamətində müzakirələr aparılıb, təcrübə mübadiləsi üçün ilkin razılaşma əldə olunub. Səfər çərçivəsində Səmərqənd vilayətində yerləşən özəl təsərrüfata məxsus "Biolaboratoriya"nın fəaliyyəti ilə tanış olunub, əməkdaşları ilə görüş keçirilib.