Təlim iştirakçılarına sertifikatlar təqdim olunub
2022-08-29 00:00:00
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə icra etdiyi “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (ECOserve) proqramı çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi ilə əməkdaşlığa başlanılmışdır. Əməkdaşlığın əsas məqsədi aqrar məsləhətçilərin və fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkil edilməsi və fermerlərin sahə fəaliyyətlərində məsləhət xidmətlərinin göstərilməsidir.
Bu məqsədlə layihənin fəaliyyət planına uyğun olaraq Kürdəmir, Ucar, Zərdab, Göyçay və Sabirabad rayonlarında “Zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin aparılması” və “Qabaqcıl aqrar praktikalar” mövzularında aqrar məsləhətçilər və fermerlər üçün ümumilikdə 15 təlim keçirilib. Təlim iştirakçılarına əsasən, buğda, arpa və pambıq bitkilərinin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpağın becərilmə üsulları və uyğun texnikalardan istifadə, torpaq analizi və onun əsasında gübrə normalarının təyin edilməsi, növbəli əkin və agroekoloji tədbirlər mövzularında ətraflı məlumatlar verilmiş, fermerləri maraqlandıran suallar cavablandırılmış və informasiya materialları paylanılmışdır.
Tədbirin yekununda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri və Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin əməkdaşlarının iştirakı ilə təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır