Gələn həftədən Astarada bu ilin epizootik tədbirlərinə başlanılacaq
2020-01-09 00:00:00
Astara rayonunda epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Astara Rayon Baytarlıq İdarəsi 2019-cu ildə rayon ərazisində “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirləri uğurla həyata keçirərək epizootik sabitliyi qoruyub.
Qeyd edək ki, Astaranın baytar mütəxəssisləri tərəfindən ötən il, yəni 2019-cu il ərzində 89 kənd, 2 qəsəbə və 1 şəhəri əhatə edən rayonda 42361 baş iribuynuzlu (o cümlədən 4452 başı cavan iribuynuzlu heyvandır), 19672 xırdabuynuzlu, 998 baş təkdırnaqlı heyvanda qarayara, 75165 baş iribuynuzlu və 40623 baş xırdabuynuzlu heyvanda dabaq, 485 baş iribuynuzlu, 65 baş ana qoyun, 30 baş keçi, 3896 baş sahibli itdə quduzluq, 21087 baş xırdabuynuzlu heyvanlarda çiçək, 47017 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit, 9963 baş iribuynuzlu və 934 baş xırdabuynuzlu heyvanda leptospiroz (sarılıq), 6106 baş iribuynuzlu və 4296 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 231615 baş ev quşda “H” vaksini və 279794 baş quşda (bundan 212914 başı toyuq, 66880 başı isə digər quşlardır) “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.
2019-cu ildə həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 2009 baş iribuynuzlu heyvandan, 90 baş ana qoyundan bruselyoza görə qan alınaraq müayinə edilib. Həmçinin 481 baş iribuynuzlu heyvan vərəmə, 584 baş at manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.
Astara Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində epizootik sabitliyin qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətlərində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara və quşlar saxlanan binalar, heyvanların qışlaq yataq yerləri profilaktiki məqsədlə dezinfeksiya edilir. Qeyd edək ki, başa vurduğumuz il ərzində rayonun 7 obyektində 6850 kvadratmetr sahədə profilaktiki dezinfeksiya, 88 obyektində 42570 kvadratmetr sahədə isə məcburi dezinfeksiya işləri görülüb. Bu məqsədlə ektasan, almerdehid dezinfeksiyaedici dərman vasitələrindən istifadə edilib.
2019-cu il ərzində rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Belə ki, quşlar arasında askaridoza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı müvafiq müalicə işləri aparılaraq, 155 baş quşda askaridoza, 279 baş iribuynuzlu və 252 baş xırdabuynuzlu heyvanlarda diktikalyoza, 335 baş iribuynuzlu və 211 baş xırdabuynuzlu heyvanlarda fassilyoza, 83 baş xırdabuynuzlu heyvanlarda monezioza və 165 tizaniezioza qarşı kaproloji müayinələr həyata keçirilib.
Hazırda Astara Rayon Baytarlıq İdarəsi 2020-ci ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərini həyata keçirir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyin Təhcizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilir, mal-qaranın sayına uyğun sahə baytarlıq məntəqələri arasında bölgüsü aparılır. Eləcə də bölgü əsasında alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə sahə baytarlıq məntəqələrinə müvafiq tapşırıqlar verilir. O da qeyd olunur ki, heyvanların baş sayına uyğun verilən baytarlıq preparatları vaxtlı-vaxtında heyvanlara tətbiq olunsun, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatlar aparılmaqla icra aktları tərtib olunsun. Həmçinin üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış preparatların özəl baytarlıq aptekində satılmasının yolverilməzli və inzibati məsuliyyətə gətirib çıxarması bir daha baytar mütəxəssislərinin diqqətinə çatdırılır.
Astara rayonunda cari ilin epizootik tədbirlərinə növbəti həftədən başlanması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, profilaktiki peyvəndlərin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır