Nazir Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb
2024-06-28 00:00:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşüb. Görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və Nazirliyin əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Kənd Qadınları Assosiasiyasının Sədri Gülbəniz Qənbərova Assosiasiyanın strateji hədəflərini açıqlayıb. Assosiasiya sədri fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün Fermer Qadınların Respublika Platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Gülbəniz Qənbərova əlavə edib ki, kənd qadınlarının regionların iqtisadi inkişafına töhfəsini artırmaq və onu dayanıqlı etmək məqsədilə yaradılacaq platforma kollektiv qadın aqro-bizneslərinin inkişafı üçün etibarlı alətdir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini müsbət dəyərləndirib, bu platformanın yaradılması üçün təkliflər verib. Nazir Məcnun Məmmədov Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini, o cümlədən Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini dəstəklədiyini vurğulayıb.
Görüşdə iştirak edən Assosiasiya nümayəndələri - Zaqatalada fəaliyyət göstərən “BƏNÖVŞƏ” Qadın Kooperativinin Sədri Elmira Hacıyeva və “ÇİNAR” Qadın Kooperativinin Sədri Səadət Dibirova qadın fermerlərin fəaliyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən layihələr, həyata keçirilən tədbirlərlə bağlı məlumat veriblər.
Görüşdə ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə fikir mübadiləsi aparılıb, qadın fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır