Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
2024-07-03 15:26:33
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov şimal bölgəsinə səfəri çərçivəsində təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Nazir əvvəlcə Şabran rayonunun Udullu kəndində Pivot suvarma sistemi altında olan qarğıdalı sahəsi ilə tanış olub. Məlumat verilib ki, son illər ölkədə qarğıdalı əkininə maraq artıb. Silosluq qarğıdalı yetişdirilməsi heyvandarlıq təsərrüfatlarının sulu-şirəli yemə olan tələbatının ödənilməsini və qidalı yemlə təminatını yaxşılaşdırır. Qarğıdalı əkinləri xüsusilə südçülük üzrə ixtisaslaşmış təsərrüfatların qışlama dövründə yaşıl yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Daha sonra nazir Məcnun Məmmədov rayonun Ağalıq kəndində 50 ha sahədə salınmış intensiv və superintensiv alma, armud, gavalı, nektarin, gilas və heyva bağlarına baş çəkib. Şabranda meyvəçilik kənd təsərrüfatının ənənəvi sahələrindən sayılır. Son illərdə yeni salınan intensiv meyvə bağlarına dövlət tərəfindən subsidiyaların verilməsi bu sahənin inkişafına öz müsbət təsirini göstərir. Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.
Nazir həmçinin Dəvəçi kəndində fəaliyyət göstərən quşçuluq təsərrüfatı ilə tanış olub. Bu təsərrüfatda istehsal olunan məhsullar əsasən daxili bazarda realizə edilir. Bölgələrdə bu tip təsərrüfatların yaradılması məşğulluğun təmin olunmasına da müsbət təsir göstərir. İstehsal gücü ildən-ilə artan təsərrüfatda 100-dək işçi çalışır.
Məcnun Məmmədov Dəvəçi kəndində fəaliyyət göstərən istixana kompleksində olub. 2 ha sahədə yerləşən istixana kompleksində ildə 150 ton tərəvəz yetişdirilir. Gələcəkdə istixana kompleksinin sahəsinin daha da genişləndirilməsi, istehsalın daha da artırılması nəzərdə tutulub. Nazir fermerlərlə istixana şəraitində tərəvəz yetişdiriciliyi, aqrotexniki qulluq qaydaları, məhsul satışı məsələləri ətrafında müzakirələr aparıb, onlara öz tövsiyələrini verib.
Qeyd edək ki, son illər Azərbaycanda aqroekoturizmə maraq çoxalıb. Aqroekoturizm fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroekoturizmin daha da canlanmasına öz töhfələrini verirlər.
Belə təsərrüfatlardan biri də Şabran rayonunda yerləşir. Ümumi sahəsi 1,5 ha olan bağda 50-dən artıq növ və çeşiddə meyvə-tərəvəz yetişdirilir. Aqroekoturizm mərkəzinin rəhbəri Şöhrət Məmmədov bildirib ki, bağda daha çox ekoloji becərmə üsullarına üstünlük verilir. Günəş panelləri ilə təmin olunan bağ suya qənaət edən müasir damcılı suvarma sistemi ilə suvarılır. Aqrar sahədə elmi yanaşmanın mühüm əhəmiyyət kəsb etdiyini deyən Şöhrət Məmmədov mərkəzdə yerləşən təlim otağında kənd təsərrüfatının müxtəlif sahələrinə dair seminar və təlimlərin keçirildiyini vurğulayıb.
Görüşdə aqroekoturizmin daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən təsərrüfatlar arasında əməkdaşlıq, xarici təcrübənin öyrənilməsi, daxili turizmin inkişafında və regionlarda məşğulluq səviyyəsinin artmasında bu sahənin rolu barədə müzakirələr aparılıb, fermerə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır