Heyvanların identikləşdirilməsi nə üçün lazımdır?-Fermerlərə tövsiyə
2024-07-08 00:00:00
İdentikləşdirilmə nədir?
Kənd təsərrüfatı heyvanlarınnın identikləşdirilməsı - heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən fərdi və ya qrup halında identikləşdirmə nömrəsinin və identikləşdirmə haqqında şəhadətnamənin verilməsindən ibarətdir.
İdentikləşdirilmənin həyata keçirilməsində məqsəd hər bir baş heyvanın yerdəyişməsinə, izlənilməsinə, xəstəliklərə nəzarətin təmin edilməsinə və heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” nəzarətinə nail olmaqdır.
İdentikləşmə necə həyata keçirilir?
Heyvanların nişanlanması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən olunmuş xüsusi tanınma nömrəsindən istifadə edilir. Hüquqi və ya fiziki şəxslər mülkiyyətində olan heyvanların identikləşdirilməsi üçün lazım olan miqdarda nişanlar əldə etməlidirlər. Kənd təsərrüfatı heyvanlarının nişanlanması dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata keçirilir. Hüquqi və ya fiziki şəxslər tərəfindən yeni heyvanlar əldə olunduqda, onlara məxsus heyvanlar itirildikdə, satıldıqda və ya kəsildikdə (öldükdə) həmin şəxslər müvafiq tədbirlərin görülməsi üçün regionlarında yerləşən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bölməsi üzrə dövlət baytarlıq müfəttişinə məlumat verməlidirlər. Heyvanların digər şəxslərə satılması və ya verilməsi identikləşdirmə haqqında şəhadətnamənin həmin şəxslərə təqdim edilməsi ilə müşayiət olunmalıdır. Kənd təsərrüfatı heyvanları doğulduqdan sonra 1 ay müddətində nişanlanmalıdırlar. İribuynuzlu və xırdabuynuzlu heyvanların və donuzların nişanlanması hər iki qulağına birka, təkdırnaqlı heyvanların, dəvələrin və qulaq seyvanı kiçik olan xırdabuynuzlu heyvanların nişanlanması mikroçip, quşların nişanlanması isə qrup halında onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçirilir. Birkaların təsviri, mikroçiplərin spesifikasiyası AQTA tərəfindən müəyyən edilir.
Heyvanların identikləşdirilməsi haqqında şəhadətnamənin nümunəsi və şəhadətnaməyə daxil edilməli olan məlumatların siyahısı AQTA tərəfindən müəyyən edilir. Kənd təsərrüfatı heyvanları təsərrüfat ərazisindən kənara çıxarılaraq başqa bir yerə aparıldıqda, həmin heyvanlara və ya heyvanlar qrupuna AQTA tərəfindən "Heyvanların (və ya heyvan qrupunun) identikləşdirilməsi haqqında şəhadətnamə" verilir.
İdentikləşdirmə üçün vəsaitin ödənilməsi:
Heyvanların identikləşdirilməsi (kodlaşdırılması) xərcləri mülkiyyətçilərin vəsaiti hesabına maliyyələşdirilir.
Müraciət üçün hansı sənədlər lazımdır:
- Müraciət məktubu - İdentikləşmə olunacaq heyvanın növü və
sayı ilə bağlı məlumat qeyd olunur; Təsərrüfat sahibi haqqında məlumat ( şəxsiyyət vəsiqəsi,
VÖEN və s.);
- İri heyvandarlıq təsərrüfatları üçün “Qida məhsulları sahəsində
fəaliyyət göstərən subyektlərin dövlət reysterindən çıxarışı;
- Fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota
alınmasına dair şəhadətnamə;
- Bank rekvizitləri;
- Baytar həkimlə müqavilə.
İdentikləşdirmənin fermer üçün əhəmiyyəti:
- Fermer öz heyvanının sağlamlğı haqqında məlumatları heyvan doğulduğu birinci aydan başlayaraq izləyə biləcək;
- Fermerin heyvanının sağlamlığı haqqında məlumatlar bu sahəyə cavabdeh olan qurumların nəzarəti altında olacaq və bu qurumlar həmin heyvanın sağlamlığı üçün lazımi tədbirləri vaxtında apara biləcək;
- Fermerin istehsal etdiyi məhsul barədə məlumat istehsal və istehlakda son zəncir olan satış nöqtələrində istehlakçı tərəfindən izlənə biləcək.
Fermerlər heyvanları identikləşdirmədiyi halda:
- Fermer öz heyvanından aldığı məhsulun bazara çıxara bilməyəcək;
- İstehsal etdiyi südü şirkətlər ondan almayacaq;
- Heyvanlarını heyvan bazarında satışa çıxara bilməyəcək;
- Yetişdirdiyi damazlıq heyvanlara damazlıq sertifikatı ala bilməyəcək;
- Dövlətin verdiyi bir çox güzəştlərdən istifadə edə bilməyəcək.
Hazırda ölkə ərazisində heyvanların identikləşdirilməsi və qeydiyyat sistemi tətbiq olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır