Arılarda Varroatoz xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2024-07-09 00:00:00
Ektoparazit həyat tərzi keçirən Varrao jacobsorıi gənəsi bal anlarının sürfə, pup və yetkin fərdləri üzərində yaşayan, arıçılıq təsərrüfatlarına külli miqdarda iqtisadi ziyan vuran geniş yayılmış və qorxulu parazitar xəstəlikdir.
Törədicisi - oval formalı, tünd qəhvəyi rəngdə , uzunluğu 1-1,5 mm, eni isə 0.78-2 mm ölçülərdə gənədir. Dörd cüt qısa ayağa malik olub, ayaqlarının uclarında sorucu yastıq olur ki, bunların köməyi ilə də arının bədəninə yapışırlar. Parazit işçi, erkək və ana arılarda, onların sürfələri və pupları üzərində yaşayır. Pətəkdə varroaların inkişafı yayda arı sürfələrinin yetişməsi ilə eyni vaxtda başlayır və payızda axırıncı işçi arılar çıxıncaya qədər davam edir. Dişi gənə payızda pətəkdə cütləşdikdən sonra qışı yetişkin anlar üzərində keçirir. Dişi varroanın ömrü yayda 2-3, qışda 5-8 aydır. Dişi gənələr sürfə olmayan dövrdə (bal süzümündən dekabrın sonunadək), yəni yumurta qoyana kimi arıların qanadlarının kökündə yaşayır və onların hemolimfası ilə qidalanır.
Klinik əlamətləri - xəstəliyin özünəməxsus cəhətlərindən biri parazitin tədricən inkişafıdır. Yoluxma 0,5% olduqda xəstəliyi müəyyən etmək olmur. Yoluxma 0,5%-30%-dək olduqda laborator müayinələrinə əsasən xəstəliyi müəyyən etmək olar. Yoluxma 30%-dən yuxarı olduqda xəstəliyin xarakterik əlamətləri görünməyə başlayır. Bu zaman pətəkdə eybəcər (qanadsız, ayaqsız) arıların görünməsi xəstəliyin xarakterik əlamətlərindəndir. Yoluxmuş arılar pis uçur, narahat olur, gənələrdən yaxa qurtarmağa çalışırlar. Belə arılar pətəkdən çıxaraq uçuş bacası ətrafında sürünürlər. Uçuş bacasının qabağında ölmüş, arılar tərəfindən çıxarılıb atılmış sürfələrə də təsadüf edilir. Yoluxmanın ekstensivliyi 30%-dən çox olduqda hər arı üzərində 6-8 gənə müşahidə olunur. Payızda güclü yoluxma zamanı açıq sürfələr də gənələrlə yoluxmuş olur. İçərisində sürfə olan qovuqcuğun möhürü üzərində müxtəlif formalı ağ dairəyə alınmış deşiklər olur. Ailə güclü yoluxduqda qısa müddətdə tələf olur.
Diaqnoz - arıxana şəraitində arı ailələrinin şübhəlilərindən 10%-i götürülərək yoxlanılır. Bu zaman pətəyin içərisinə ağ kağız sərib, akarasid preparatlardan birini (fenotiazin yaxud falbeks) tətbiq edilir. Kağız üzərinə tökülmüş gənə diaqnozun müsbət olmasını göstərir.Həmçinin müayinə üçün laboratoriyaya diri arılar göndərilir.
Profilaktikası - xəstəliyə qarşı mübarizə məqsədlə kompleks profilaktik tədbirlər həyata keçirilməlidir. Yeni alınmış arı ailələri digər arılardan 5-7 km kənarda karantin arıxanasında yerləşdirilməli və 30 gün nəzarət altında saxlanılmalıdır. Profilaktika məqsədi ilə yuvada olan çərçivədən 8-10 sm ölçüdə şan kəsib götürülür. Həmin boşluğa arılar erkək gözcüklü şan hörürlər. Bu zaman dişi gənə erkək sürfələrinə hücum edərək onların üzərinə çoxlu yumurta qoyurlar. Erkək sürfələrin üzərinin möhürlənməsindən 3-5 gün sonra şan kəsilib götürülərək əridilir.
Müalicəsi - Varroatozun müalicəsi məqsədilə müxtəlif bitki mənşəli və kimyəvi preparatlardan istifadə edilir. Bitki mənşəli preparatlar tüstü formasında tətbiq olunur. Bunlardan ən geniş istifadə olunanı tütün, kəklikotu və birəotudur.
Kimyəvi preparatlar işlədilərkən ehtiyatlı olmaq lazımdır. Bunlar tüstü, aerozol və toz halında tətbiq edilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır