Karantin alaq otu olan Sürünən kəkrəyə qarşı mübarizə tədbirləri aparılıb
2024-07-10 00:00:00
Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin Abşeron regional Bitki Mühafizəsi Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları tərəfindən Abşeron rayon Pirəkəşkül ərazisində 160 hektar ərazidə, Qobustan ərazisində 1300 hektar ərazidə karantin alaq otu olan "Sürünən kəkrə" ilə bağlı monitorinqlər aparılıb. Müşahidələr zamanı Pirəkəşkül ərazisində 20 hektar, Qobustan ərazisində isə 83 hektar ərazidə sirayətlənmə halları aşkarlanmışdır. Mərkəzin mütəxəssisləri tərəfindən yoluxmuş ərazilərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarının mütəxəssisləri tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, Sürünən kəkrə 25-60 sm hündürlükdə kökümsov gövdəli çoxillik bitkidir. Toxumla, kök pöhrələri və kökümsovlarla çoxalır. Gövdəsi düz, tilli, əsasına qədər budaqlıdır. Meyvəsi tərs yumurtaşəkilli, yanlardan yastılanmış, hamar və ya tilli, çılpaq formalı açıq boz rəngdən kəhrəba-sarı rəngədək dəyişən toxumcadan ibarətdir. Toxumların cücərməsi üçün minimal temperatur 8-100 C, optimal 20-300 C-dır. Birinci il çiçəkləsə də meyvə əmələ gətirmir. İkinci il iyun-avqust aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə əmələ gətirir. Quru torpaqlarda kök sistemi uzun müddət cücərmə qabiliyyətini saxlayır. Lakin su altında çox qaldıqda məhv olur. İstilik və işıq sevəndir. Kəkrə toxumları əsasən taxıl və ot bitkilərinin toxumları ilə, ot və küləşlə, səbətcikləri isə sular vasitəsilə yayılır.
Mübarizə tədbirləri:
- karantini tədbirlərinə ciddi əməl edilməli, toxumların yeni ərazilərə yayılmasının qarşısı alınmalıdır
- aqrotexniki tədbirlər həyata keçirməklə, qida elementlərinin yerüstü orqanlarda toplanmasının və təkrar pöhrələnmənin qarşısı alınmalıdır
- məhsul yığıldıqdan sonra kövşən üzlənməli, şum ərazi üçün optimal müddətdə aparılmalı və növbəli əkin sistemindən düzgün istifadə edilməlidir
- kimyəvi mübarizə məqsədi ilə herbisidlər tətbiq edilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır