Azərbaycan və Niderland kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
2024-07-10 00:00:00
Amsterdamda iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığında rəsmi səfərdədir. Səfər çərçivəsində nazir Məcnun Məmmədov Niderland Krallığının kənd təsərrüfatı, balıqçılıq, ərzaq təhlükəsizliyi və təbiət naziri Femke Mariye Viersma ilə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb.
Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın qabaqcıl kənd təsərrüfatı ölkəsi olan Niderlandın aqrar sektorda tətbiq uğurlu təcrübəsini öyrənməkdə maraqlı olduğu vurğulanıb, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin mümkünlüyü qeyd olunub.
Niderland Krallığının kənd təsərrüfatı, balıqçılıq, ərzaq təhlükəsizliyi və təbiət naziri öz növbəsində ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu sahədə özəl qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Nazir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, COP29-un gündəliyinin formalaşmasında maraqlı olduqlarını ifadə edib və bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini vurğulayıb.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, elmi tədqiqat sahəsində məlumat mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması, peşəkar kadrların hazırlanması, aqrar sahədə qabaqcıl təcrübə və texnologiyaların transferi gələcək əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır