Bölgələrdə fermerlərə səyyar xidmət göstərilir
2024-07-17 00:00:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən Saatlı rayonunun Qara Nuru kəndində fermerlərə səyyar xidmət göstərilir. Səyyar xidmət qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov iştirakçılara agentlik tərəfindən göstərilən xidmətlər barədə məlumat verərək bildirib ki, səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd göstərilən xidmətləri biləvasitə yerlərdə təqdim etmək, fermerlərin qarşılaşdıqları problemlərin həllində operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, ümumilikdə fermerlərin rahatlığının təmin olunmasına nail olmaqdır. Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi tərəfindən fermerlərə xidmətlərin yüksək səviyyədə göstərilməsi məqsədilə xidmət qrupu mikroavtobusla və tələb olunan lazımi vasitələrlə təmin olunmuşdur.
Səyyar xidmət qrupuna müraciət edən fermerlərin heyvanları qısa müddət ərzində baytarlıq müayinəsindən keçirilərək, profilaktiki tədbirlər aparılır, əkin sahələrində fitosanitar müşahidələr aparılaraq, bitki mühafizəsi tədbirləri həyata keçirilir, eləcə də əkin sahələrindən torpaq nümunələri götürülərək laboratoriya xidmətləri göstərilir. Həmçinin texnika sahiblərinin traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqələri dəyişdirilir, texnikalar ilkin və ya təkrar dövlət qeydiyyatına alınır və texniki baxışdan keçirilir. Tədbir çərçivəsində fermerlərə İnformasiya məsləhət xidmətləri göstərilir və müxtəlif mövzuda bukletlər paylanılır. Səyyar xidmət qurupuna 60 nəfərdən artıq fermer müraciət edərək göstərilən xidmətlərdən bəhrələnib. Tədbir 2024-cü il 20 iyul ayınadək davam edəcəkdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır