Heyvanlarda işkənbənin tıxanması – Fermerlərə tövsiyə
2024-07-23 00:00:00
Heyvanların biçilmiş dənli bitkilərin əkin sahələrində otarılması zamanı mədə önlüyünə (işkənbəyə) sahədə olan ot və sünbüllərlə yanaşı kimyəvi maddələr, herbsidlər, gübrələr düşə bilər. Heyvanlar çoxlu buğda, arpa, qarğıdalı, kökümeyvəli yedikdə, uzun müddət saman, qamış və s. qaba yemlərlə yemləndikdə ( bu siyahıya həddən çox un, qarışıq yemlə yemləməni də əlavə etmək olar) heyvanlar su içən zaman ,bu yemlər özünə müəyyən miqdar su birləşdirməklə şişir, yaranmış kütlə işkənbənin divarlarına təzyiq edir. Kimyəvi maddələr, herbsidlər, gübrələr işkənbədəki mikrofloranı pozmaqla möhtəviyyatın bərkiməsinə, hətta qurumasına səbəb olur. Bu səbəbdən spazm və arğılar yaranır, təzyiq nəticəsində divar əzələlərinin hərəkəti zəifləyir, sonda mədə önlüyü əzələsinin parezi, işkənbənin iltihabı və orqanizmin intoksikasiyası baş verir. Mədə önlüyündə qazların əmələ gəlməsi ilə əlaqədar olaraq sol aclıq çuxuru şişir. Bu zaman həzm traktı pozulur, mürəkkəbləşmələr yaranır.
Kliniki əlamətləri:
- xəstə heyvanlarda yemdən imtina;
- getdikcə artan narahatlılıq;
- inilti və böyürmə;
- gəyirmə və gövşəmənin pozulması;
- ağız suyunun artması;
- işkənbənin möhtəviyyatının bərk və ya xamırvari konsistensiyada olması;
- təzyiq etdikdə sol aclıq çuxurunda yavaş bərpa olunan çökək yaranması;
- xəstəliyin əvvəlində işkənbənin hərəkətinin sürətlənməsi, bəzən kəsilməsi, sonda isə tamam itməsi;
- bağırsaqların perestaltikası zəifləməsi,defekasiya azalması, bəzən isə dayanması;
- tənəffüs və ürək fəaliyyəti tezləşərək, fizioloji fəaliyyətinin pozulması müşahidə olunması.
Müalicə (baytar həkiminin məsləhəti və iştirakı ilə aparılmalıdır)
- asfiksiya təhlükəsi zamanı işkənbə sol aclıq çuxuru nahiyəsindən traokarla deşilir;
- heyvanın həyatına təhlükə olduqda rumenotomiya edilir;
- xəstələrə 1-2 gün aclıq dietası təyin edilir;
- zond vasitəsi ilə və ya 3-4 sm. diametrli rezin boru ilə bol miqdarda isti su (qaynar olmayan) yeridilməklə yem kütləsi yumşaldılır və boşaldılır;
- işkənbə sutkada 3-4 dəfə masaj edilir;
- dərialtı və ya venadaxili ağ asırqal məhlulu yeridilir;
- I/b-lu heyvanlara venadaxili 10% natrium xlorid məhlulu yeridilir;
- ürək fəaliyyətinin stimullaşdırılması üçün dərialtı 20% kofein natrium benzoat inyeksiya edilir.
Yemləmə:
Heyvanın vəziyyəti düzəldikdən sonra əvvəlcə az miqdarda asan həzm olunan yemlər (silos, yumşaq saman,kök) verirlərək, tədricən gündəlik normaya çatdırmaq lazımdır.
Profilaktika:
- rasional yemləmə tətbiq olunmalıdır;
- təzə biçilmiş dənli bitkilər sahələrində heyvanların otarılması məhdudlaşdırılmalıdır;
- xəstəlik əlamətləri müşahidə edildikdə dərhal baytar həkiminə müraciət edilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır